Bakıda daha bir dələduzluq - 470 MINLIK
Bakıda külli miqdarda dələduzluq faktı qeydə alınıb.
Məzahir və Hamlet adlı şəxslər ev almaq adı ilə Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Natiq Nadir oğlu Məmmədovdan 100 min manat, Lənkəran rayon sakini, 1977-ci il təvəllüdlü Fariz Səxavət oğlu Qəribovdan 170 min manat və Ağsu rayon sakini, 1969-cu il təvəllüdlü Fuad Ədalət oğlu Həsənovdan 200 min manat alıb qaytarmamaları barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət daxil olub.
Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.