"Sevgi səhnələri daha asan çəkildi, çünki..." - Mələyin öpüşü/FOTO
Bu gün Bakı Mətbuat Mərkəzində baş rollarda Oksana Rəsulova və Elşad Xosenin çəkildiyi “Mələyin öpüşü” adlı filmin mətbuat konfransı keçirilib. Teleqraf.com-un məlumatına görə, Oksana Rəsulova bildirib ki, “Mələyin öpüşü” filmi “Oksimed” şirkətinin ikinci layihəsidir. Filmin ssenari müəllifləri Əlibəy Məmmədli, Əskər Əli Hacızadə, Süleyman Süleymanzadədir. İdeya müəllifi Nərgiz Qasımova, operatoru Elman Əliyevdir. Son illər özünü aktrisa kimi sınayan rəqqasə açıqlamasında deyib ki, filmin ideya müəllifi onun rəfiqəsidir: "Əvvəlki “Şər qarışanda” filmimiz qorxu janrında olduğu üçün insanlar o qədər də maraq göstərmədi. Qərara gəldik ki, bu dəfə sevgidən, ehtirasdan və romantikadan bəhs edən film çəkək. Düşünürəm ki, bu film bizə böyük uğur gətirəcək. Birincisi, xalq artisti Fuad Poladovun filmdə rol alması bizim üçün artıq 70 faiz uğur deməkdir. İkincisi, ekran işi Elşad Xose ilə mənim keçmiş münasibətlərimdəm bəhs edir. “Mələyin öpüşü”ndə bizim Elşad Xose ilə sevgi hekayəmiz əks olunub. Filmin ideyası rəfiqəm Nərgiz Qasımovadan gəlib. O, məni Elşadla yuxusunda görüb. O, yuxuda görür ki, mən əlil arabasındayam, Elşad isə gəlib mənim həyatımı xilas edir. İdeya çox xoşuma gəldi. Odur ki, rejissora belə bir mövzuda film çəkməyi təklif etdim. Elşadın özü də böyük maraqla qarşıladı. Filmdə möhtəşəm məkanlar var. Sakit Məmmədov filmdə bizə gözəl rəsmlər təqdim etdi. Onun oğlu Nizar Məmmədov da filmdə rol alıb”. Oksana keçmiş həyat yoldaşı və filmdəki tərəf-müqabili Elşadla münasibətlərindən də söz açıb: “Beş il əvvəl ayrılsaq da, heç vaxt onunla düşmən olmamışıq. Münasibətlərimiz davam etməsə də, aramızdakı doğmalıq və mənəvi yaxınlıq hissləri heç vaxt azalmır, biri-birimizə işlərimizdə dəstək oluruq. Onunla bir filmdə oynamağımız normaldır”. Oksana filmin ssenarisinin plagiat olması ilə bağlı xəbərlərə də aydınlıq gətirib: “Ən çox da bu üç filmə bənzədirlər: “Mən və sən”, “Səndən öncə mən”, “Sən və mən”. Əslində onların heç birinə bənzəmir. Nəyisə oxşada bilərlər, amma süjet xətti fərqlidir. Bu filmdə Elşadı bir aktyor kimi kəşf etdim. İnanıram ki, bundan sonra çoxlu film təklifləri alacaq”. Filmlə bağlı sualları cavablandıran Elşad Xose bildirib ki, burada həyatına oxşar məqamlar çoxdur: “Oksananın öz həyatı dramdır deyə növbəti filmini də dram janrında çəkməyə üstünlük verib. Cavanlıqda KVN-lə və yazı-pozu işləri ilə məşğul olmağım, vaxtımın çoxunu kamera qarşısında keçirməyim mənə rahatlıq verdi. Atam rolunda çəkilən Fuad Poladov kimi biri ilə eyni filmdə rol almaq mənim üçün böyük məsuliyyət demək idi. Oksana ilə bizim “Romeo və Culyetta” münasibətlərimiz insanlarda həmişə böyük maraq yaradıb. İnanıram ki, münasibətlərimizin bəzi məqamlarının ekranlaşdırılması bizə uğur gətirəcək. Odur ki, filmin tamaşaçı toplamasına şübhə etmirəm. Çox istəyirəm ki, bu film həm mənim həyatımda, həm Azərbaycan kino sənətində bir təkan olsun. Komediyadan bir az da olsa uzaqlaşaq”. Elşad Xose Oksana ilə dərin sevgi yaşamasına baxmayaraq, indi dostluq etməsi ilə bağlı suala belə cavab verib: “Evli olmağımız işə heç bir maneçilik yaratmadı. Əksinə, sevgi səhnələrinin çəkilməsində bizə kömək etdi”. Oksana Rəsulova isə keçmiş həyat yoldaşının filmə hamıdan məsuliyyətli yanaşdığını ifadə edib: “Elşad çəkiliş meydançasına hamıdan birinci gəlir, hamıdan sonra gedirdi. Bunu çoxlarına deyəndə inanmırdı...