"Mamaroza" qalmaqalı böyüdü: Kərimlə evli olanda, başqa kişi ilə.. . - UŞAGIN KİMDƏNDİR?

"Mamaroza" qalmaqalı böyüdü: Kərimlə evli olanda, başqa kişi ilə...

Azərbaycanın əməkdar artisti Cavanşir Məmmədov mediaya qalmaqallı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o, həmkarları haqda sərt fikirlər səsləndirib: 

"Bu gün onlarla məşhur müğənni, prodüser, təşkilatçı var ki, insan alveri ilə məşğuldur, ona-buna qız daşıyır. Şou-biznesdə olan "mamaroza" və "paparoza"lar heç bir sahədə yoxdur. İnsan alveri və əlaqədar qurumlar şou aləmində reyd keçirsə, bir gecədə onlarla şəxs həbs edilə bilər". 

Prodüser Təranə Səmədova əməkdar artistin sözlərinə sərt reaksiya verib:  

“Cavanşir Məmmədova bu mövzuya müdaxilə etməyi, danışmağı yaraşdırmadım. Ayıbdır. Onsuz da o, geyimi ilə gündəmə gəlmək istədi, güllü köynək geyindi, pencəyinin bir qolunu kəsdirdi, alınmadı. Mən təklif edirəm ki, Cavanşir Məmmədov şalvarının bir ayağını kəsdirsin, amma belə mövzulardan danışmasın. Bu, elə bir mövzudur ki, səlahiyyətli orqanların, bu işlə məşğul olan insanların mövzuya həssas yanaşmalarına təkan vermiş olur. Belə çıxır ki, sən özün qız “çıxarırsan”. Meymun baxar güzgüyə, adını qoyar özgəyə..."

Prodüserin bu açıqlamasından sonra C.Məmmədov daha da hiddətlənib: 

“Ayıb elə Təranənin özünə olsun ki, məni özü ilə ölçür. Mənim gündəmə ehtiyacım yoxdur. 45 ildir gündəmdəyəm. Sonra... Sənin zövqdən xəbərin var?! Təranə, o pencəyin bilirsən qiyməti nə qədərdir? Get bir dəb deyilən  şeyə bax. O qədər geri qalmısan ki, gündəmdən xəbərin yoxdur. Məndən maşın istəmişdin, vermədim deyə, indi nə hala qalmısan. Sən get öz probleminin dərdini çək. Özün çıxıb deyirsən ki, uşaq Kərimdən deyil. Adama deyərlər ki, kimdəndir? Kərim gül kimi oğlandı. Mən bildiyim qədərilə heç səninlə də işi yoxdur. Ayıb deyil? Mən bilmirəm bunlar niyə başını itirib. Təranə, sən mənim tayımsan? Heç mən Təranəni prodüser kimi tanımıram. İndiyə kimi nə edib, nə işə baxıb bilmirəm. Prodüser kimi nəyə imza atmısan? Hansı layihə qoymusan ortalığa? Prodüser Tolikdir, Sayqadır, Anardır. Bunlar iş qoyub ortalığa. Bəli, Təranənin verilişində olmuşam, ona hörmətim də var. Amma onun mənə fikir bildirməyə ixtiyarı yoxdur. Camaat bilmir ki, kim kimdir?! Sənin adın çəkilib orda? Verilişdi, söhbət etmişik. Hamı da tanıyır. Əxlaqsızlıq baş alıb gedir. Mən ümumi söhbət etmişəm. Bunun Təranəyə nə aidiyyatı var? Bəlkə özü bilir, biz bilmirik? Mənim Təranə ilə işim yoxdur. Onun özünü sərxoş tutmuşdular. Öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır".






Fikirlər