Nazir mehmanxanalara “ulduz” payladı

Nazir mehmanxanalara “ulduz” payladıMehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.

Nazirlikdən azvision.az-a verilən məlumata görə, oktyabr ayında Bakı şəhərində fəaliyyət göstərən aşağıdakı mehmanxanalara dərəcə sertifikatları verilib:

1. "Şafran Hotel" mehmanxanası (4 ulduz), 2. "Caspian Business Hotel" mehmanxanası (4 ulduz), 3. "Qafqaz Park" mehmanxanası (4 ulduz), 4. "Admiral" mehmanxanası (4 ulduz), 5. "Egoist" mehmanxanası (4 ulduz), 6. "Qız Qalası" mehmanxanası (3 ulduz).

Respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 75-ə çatıb.






Fikirlər