Fədayə sevgilisinin qaçdığını “Nanəli”də eşidib - “Mən TƏCİLİ GETMƏLİYƏM”
“Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun həbsdən qaçmasında əli olduğu bildirilən müğənni Fədayə Laçınla bağlı maraqlı faktlar ortaya çıxıb. Fədayə Laçın Etibar Məmmədovla qaçmazdan öncə ATV-də yayımlanan “Nanəli” verilişinin çəkilişində olub. Bu zaman ona zəng gəlib. Təşvişə düşən müğənni çəkilişi yarımçıq saxlayaraq, studiyanı tərk etmək istəyib. Bu zaman aparıcı Nanə Ağamalıyeva ona irad bildirib və müğənniyə sona qədər oturmalı olduğunu deyib. Həyəcandan əl-ayağı titrəyən Fədayə təşvişə düşərək ağlamağa başlayıb. “Mən təcili getməliyəm” deyən müğənniyə pavilyondan çıxmağa imkan verilmədiyindən, o, çəkilişin bitməsini gözləməyə məcbur olub. Çəkiliş bitən kimi bir küncə çəkilən Fədayə Laçın ara vermədən kimlərəsə zəng edərək, ağlaya-ağlaya danışıb. Görünür, elə verilişdən çıxan kimi də o, sevgilisinə köməyə gedib və gecə saatlarında Qazaxda həbs olunub. Ona təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib. Hadisə ilə bağlı “Nanəli” verilişinin aparıcısı Nanə Ağamalıyeva ilə əlaqə saxlanılıb. Aparıcı bu barədə sualı cavablandırmaqdan imtina edib. /Yenicag.az/