Dünən xanəndə Zenfira İbrahimovanın həyat yoldaşı, idmançı Anar İbrahimov polis tərəfindən saxlanılıb.
AzerTaym.az ölkə.az-a istinadən xəbər verir ki, Anar Heydərov şikayət əsasında həbs edilib. Onu borc pul alıb, qaytarmamaqda ittiham ediblər.
Qeyd edək ki, cütlüyün toyu 2005-ci ildə olub. Onların birgə nikahdan İbrahim adlı oğul, Dəniz adlı qız övladları var.
Xatırladaq ki, Anar Heydərov ötən ilin yay aylarında da həbs edilib. Onu yol qaydasını pozmaqda ittiham ediblər. O, 20 gün inzibati həbs cəzası ilə cəzalandırılaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib.
****
Zenfira İbrahimovanın həyat yoldaşı, idmançı Anar Heydərov polis tərəfindən saxlanılması xəbərini təsdiqləyib. Bu barədə Anar Heydərov özü "Ölkə.Az”a açıqlama verib. Onun sözlərinə görə, həqiqətən də, bu gün polis tərəfindən saxlanılıb. Anar Heydərov bildirib ki, hadisə borc üstündə olmayıb. Polislər onu dindiriblər və sonradan sərbəst buraxılıb.