ÖVLAD acısı yaşamış MƏŞHURLAR...

Övladı vəfat edən Zöhrə Abdullayeva: “Mənim üçün həyat bitdi..."

Əməkdar artist, müğənni  Zöhrə Abdullayevanın oğlu mayın 24-də səhər saatlarında dünyasını dəyişib. Məlumata görə, sənətçinin oğlu uzun müddət idi ki, beyin xərçəngindən əziyyət çəkirdi.

Zöhrə Abdullayeva sosial şəbəkədə vəfat edən oğlu haqda status paylaşıb. Sənətçi öz kədərini izləyiciləri ilə bölüşüb: “Yeganə oğlumu bu gün son mənzilə yola salıram. Mənim üçün həyat bitdi. Həyatıma nöqtə qoyan balam, məkanın cənnət olsun".

Картинки по запросу Zöhrə Abdullayeva

Onu da əlavə edək ki, vəfat edən gənc sənətçinin yeganə övladı idi.

Qeyd edək ki, bu günə qədər bir çox məşhur sənətçinin övladları ya vaxtsız dünyasını dəyişib, ya da qətlə yetirilib. Onlardan bir neçəsini təqdim edirik.

Övlad acısı yaşayan məşhur sənətçilərdən biri xalq artisti, aktyor Arif Quliyevdir. Məlum olduğu kimi, 2012-ci ildə onun 1978-ci il təvəllüdlü oğlu Fərid Quliyev dünyasını dəyişib. Aktyorun dediyinə görə, oğlu uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib.

Xatırladaq ki, F.Quliyev qəsdən adam öldürdüyünə görə 14 il məhbus həyatı yaşamışdı. Həbsdən çıxdıqdan sonra bir il ərzində dəfələrlə xəstəxanada və evdə müalicə almağına baxmayaraq, onun həyatının xilas etmək mümkün olmamışdı.

2014-cü ildə isə xalq artisti, məşhur diktor Şərqiyyə Hüseynovanın qızı Mehriban Əhmədova beyinə qan sızmadan dünyasını dəyişib. Qeyd edək ki, M.Əhmədova 1971-ci il təvəllüdlü idi. Yaxınları onun əvvəllər astma xəstəliyindən əziyyət çəkdiyini bildirib. Mərhumun Ayan adlı qızı ondan yadigar qalıb.

Xalq artisti, xanəndə Teymur Mustafayevin oğlu da vaxtsız dünyasını dəyişib. Belə ki, 2007-ci ildə sənətçinin oğlu Bakıxan Mustafayevin oğlunun idarə etdiyi avtomobil müəmmalı şəkildə yanmışdı. B.Mustafayev qapını aça bilmədiyindən maşının içərisindəcə yanaraq ölmüşdü. Hadisə Bakı-Astara yolunun 76-cı kilometrliyində baş vermişdi. Qeyd edək ki, B.Mustafayev ailəli idi, iki övladı var.

Mahir tar ifaçısı, xalq artisti Ağasəlim Abdullayev isə dəhşətli yol qəzası zamanı həyat yoldaşını, nəvəsini itirib. Baş verən qəza zamanı sənətçinin özü, avtomobili idarə edən oğlu, gəlini və nəvəsi ağır xəsarət alıb, həyat yoldaşı və bir azyaşlı nəvəsi isə ölüb.

Картинки по запросу Xanım İsmayılqızı

Şairə-bəstəkar Xanım İsmayılqızı da övlad acısı yaşayan tanınmışlardandır. Belə ki, onun oğlu Fərid 2014-cü ildə ürək tutmasından dünyasını dəyişib.

Tanınmış bəstəkar Nailə Mirməmmədlinin də oğlu illər öncəsində faciəli şəkildə, dənizdə boğularaq vəfat edib.

Tanınmış teleaparıcı Afaq Gəncəli də gənc yaşında övlad acısı yaşayıb. Belə ki, teleaparıcının oğlu Qədirxan uzun sürən xəstəlikdən sonra müalicə aldığı Ankara xəstəxanasında dünyasını dəyişib.






Fikirlər