Xalq artistinin dünyasını dəyişmiş övladının son görüntüləri - FOTO/VİDEO

Xalq artistinin dünyasını dəyişmiş övladının son görüntüləri

Xalq artisti Arif Quliyevin oğlu Fəridin son görüntüləri yayılıb.

Mərhumun qardaşı, Xalq artistinin kiçik oğlu Rövşən Quliyev qardaşı haqda milli.az-a bu sözləri bildirib:

Bu video qardaşımın son görüntüsüdür. Avtomobil almışdı və dostu ilə gəzintiyə çıxmışdı. İncəsənətə həvəsli olduğundan bu videonu da dostuna çəkdirmişdi. Yaxşı ki, bu video bizə onun ölümündən sonra yadigar qaldı. Qardaşım haqqında danışmaq mənim üçün çox ağırdır”, - deyə aktyorun oğlu bildirib.

Qeyd edək ki, Fərid Quliyev vərəm xəstəliyindən dünyasını dəyişib.

 AzerTaym.az






Fikirlər