XALQ artisti VƏFAT etdi, cənazəsi ORTADA QALDI: nazirlik YAXIN DURMADI
Rəqs sənətinin görkəmli nümayəndəsi, Azərbaycan rəqqasəsi, baletmeyster, Dövlət Rəqs Ansamblının yaradıcısı, Xalq artisti, “Şöhrət" ordenli Xumar Zülfüqarova dünyasını dəyişib. Mərhumun nəvəsi Eldar Zülfüqarovun aznews.az-a verdiyi məlumata görə, Xumar Zülfüqarovanın dünyasını dəyişməsi haqqında Mədəniyyət və Turizm Nazirliyinə məlumat verilib: “Dünən saat 15:00 dünyasını dəyişib. Biz də nazirliyə məlumat verdik. Amma bu saata kimi həmin qurumdan Xumar Zülfüqarova ilə vida mərasiminin harada keçiriləcəyi və dəfn olunacağı ilə bağlı onlara məlumat verilməyib. Əslində Xumar Zülfüqarova Fəxri Xiyabanda dəfn olunmalıdır. İndi bir azdan XumarZülfüqarovanı yaşadığı evində vida mərasimi keçiriləcək. Sonra da özümüzə aid olan qəbiristanlıqda dəfn edəcəyik. Çox pis olduq, sənətkara belə qiymət verərlər?! Bizə deyiblər, gözləyin xəbər verəcəyik. Amma yay vaxtıdır, meyiti evdə saxlamaq olmur. İynə də vurmuşuq, amma daha o da kömək olmur bu isti də.” AzerTaym.az