Çingiz Abdullayevə iki milyonluq mükafat verildi...
Oxu.az xəbər verir ki, bu il humanitar fəaliyyət nominasiyasında laureat Azərbaycan yazıçısı Çingiz Abdullayev olub. Mükafatın məbləği iki milyon rubl (37 200 manat) təşkil edib.
Laureatları Voronej vilayətinin qubernatoru Aleksey Qordeev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy təltif ediblər.
Çingiz Abdullayev çıxışında bunları deyib:
“Əminəm ki, on ildən sonra dəb dəyişəcək, elektron kitablar dövrü başa çatacaq. Voronejdə isə Nikitin adına gözəl kitabxana qalacaq. Fyodr Dostoyevski inanırdı ki, axirət günündə bizim günahları soruşacaqlar. Biz cavabında nə deyəcəyik? O hesab edirdi ki, əgər tərəzinin bir gözünə “Don Kixot” tomunu qoysaq, o bizim bütün günahları üstələyər. Yəni bəşəriyyət ümidsiz deyil. Hesab edirəm ki, əgər sizin bu cür kitabxanalarınız varsa, Voronej xilas olacaq!”.
Qeyd edək ki, “Birliyin ulduzları” mükafatı 2009-cu ildə Humanitar Əməkdaşlıq Şurası və MDB ölkələrinin humanitar əməkdalıq dövlətlərarası Fondu tərəfindən təsis olunub. Mükafata hər il humanitar fəaliyyət sahəsində ən əhəmiyyətli nailiyyətlərə görə MDB ölkələrinin nümayəndələri layiq görülür.