DÜNYA TƏRSİNƏ DÖNSƏ ... FB-nin GÜNDƏMİNDƏN!
Dünya tərsinə dönsə..Xəyal dünyamda bir də dünyanın tərsinə dönməyi var ..Taa əzəldən sanki dünya başdan -başa ağaclıq imiş ..Tanrı da hər ağaca bir görəv veribmiş ..və onlara baxıb sevinirmiş ..Dünya tərsinə dönür ..vəə yer üzündə ağaclarla yanaşı adamlar da"bitir" !..İndi də Tanrı insanları görəvləndirir .. Ağaclarla danışmağı sevirəm ..Bəlkə də uşaqlığım ağacın başında keçdiyindəndir bu ..Mauqli kimi budaq -budaq gəzdiyim ..meyvələrindən yediyim və budaq -budaq böyüdüyümdəndir !..Anam ağaclara adımızı vermişdi ..özü də yalnız nar ağaclarına ..mən bir şirin nar ağacı idim !.. Ağac bizi böyüdürdü ..Öncə ağacdan bir yüyrük asdılar ..bizim kolyaskamız yüyrük idi ..mışıl -mışıl böyüyürdük ..Sonra qapımızdakı nəhəng tutdan yelləncək asdılar ..yelləncəkdə sanki dünyanın o başına bu başına uçurduq ..tutun yarpaqları xışıldayar ..əl çalardılar sanki .. Məncə , adamı adam edən elə ağacdır ..Meyvəsini yedi ..ağacdan ev qurdu ..qayıq düzəltdi ..odun yığdı ..beşik düzəltdi ..uyuya -uyuya böyüdü ..adam oldu ..yaşlandı ..sonra ona söykənib yeridi ..nəhayət ağac tabuta girib dünyanı tərk elədi ... Ağac varsa , adam var , ağac yoxdursa , adam da yoxdur ..İkisi də varsa..bu , həyatdır ! ...Sinif otağımın pəncərəsi ilə üzbəüz yolun o üzündə çinar ağacları var ..Hər gün onlara baxıram ..Bir gün çinarın gövdəsində bir adam üzü tapdım ..çox diqqət etdim ..oxşatdım ..vəəə kim olduğunu tapdım ..Bu , aktyor Gündüz Abbasovun üzü idi ..Onsuz da adamın antik üz cizgiləri var ..Sanki hər gün" Telefonçu qız" və" Dədə Qorqud "filminə baxırdım ..Baybörə bəyə !..Bir də yolun o üzündə işıq dirəyi var ..bu dirəyin düyünləri mənə canavar balasının üzünü xatırladırdı ..hələ canavar olmamış bala ! Hər gün bir -birimizə baxırıq ..Ç.Aytmatovun "Edam kötüyü" ndəki canavar balası ! Yaxşı ki , böyümürsən ..məsumsan .. Ağaclar anadır ..meyvə ağaclarının hər biri bir anadır ! Dünyaya övlad --meyvə gətirir !Onları qoynunda ..qucağında böyüdür ..Övladlar da balacalı -böyüklü doluşublar yarpaqların arasına ..qırmızıyanaq ,sarıbəniz , qaraşın , yumru -yumru..övladlar .anaların şirin -şəkərləri ..Xırda meyvələri olan ağacları çox sevirəm ..Elə bilirəm uşaq bağçalarıdır ..körpələr doluşub yarpaqların arasına ..əl -ələ tutub şənlənirlər ..tontiş -tontiş !! Bir də bir pərişan ağac var ...söyüd !! Üzülürəm ona baxanda.. övladı həsrətli gəlin kimidirlər ..qəbahətli kimi başlarını aşağı salıblar ..əllərini suya açıblar ..sanki dəva edəcəkmiş kimi ..Amma kədərlənməyə dəyməz ! Şairlərin ilham qaynağısan , məhzun söyüd !!... Gecələr də mənə Qonaqpərvər ağac analar ..qoynunda yuva salar dəstə -dəstə quşlar ..balalarını böyüdər , pərvazlandırar ..ailə içində ailə ..Bəs deyirlər, ev evə sığmaz !!..Çinarlar --ata -babalar !! Ağayana duruş , əzəmətli görkəm , hamıdan uca !!Boylananda sərv boylu sərvərim !.. Qonaqsevər xalq olduğumuzdan qonaq ağaclarımız da var ..hətta yurdun baş köşələrinə əkərik onları ..yolka ..palma ..hələ 90 -60 -90 forması da vermişik bu yolkalara ..Heç sevmədim !! Kosmetika !! O qədər ağac sevən millətik ki !! Dar ağacına belə salam veririk ... Salam , dar ağacı ! Astroloqlar müəyyən edib ki , bu dünyada hər kəsin bir ağac simvolu var ..Mən qovaq ağacı imişəm .. Ağac mənim danışaraq , yazaraq bitirə biləcəyim bir mövzu deyil ... Bir ağac alqışı da sizin olsun-Kölgəniz qalın olsun ! Kölgəlicə qalın qaba ağaclarınız kəsilməsin !! Bəsti İsmayılova.
Yaşıl saçlarını
Sulara sallayan
Salxım söyüdlər ağlasın ..R.Rza
Dar ağacı , əyil , öpüm üzündən .
Dara düşdüm ,bu dünyanın yolu dar ..( Behrudi )