Nazpəri Dostəliyeva stomotoloqla duet oxudu - FOTO
Xalq artisti Nazpəri Dostəliyeva yeni klipini təqdim edib. "AzerTaym.az" teleqraf.com-a istinadən xəbər verir ki, müğənni musiqisi Nailə Mirməmmədliyə, sözləri isə həkim-stomotoloq Eltəkin Səfərəliyevə məxsus “Dözmədim sənsizliyə“ adlı mahnısına ekran həyatı verib. Xalq artisti yeni işi haqda bu sözləri deyib: “Təəccübləndirməyi sevirəm. Bildiyiniz kimi tez-tez klip təqdimatları etmirəm. Sənətlə bu səhnəyə gələn insanları pafoslu çıxışlar maraqlandırmır. Hamının dillərdə əzbər olan mahnılar Nailə Mirməmmədliyə məxsusdur. Mahnı yarananda hiss etdim ki, bunu duet şəklində səsləndirmək lazımdır. Eltəkin müğənni olmaq istəmir, amma mənə hörmətinə görə duet oxumağa razı oldu. Həkim stomotoloqun mənimlə oxuması, onun üçün çox məsuliyyətli addım idi”. Mahnının bəstəkarı əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli duetlə bağlı fikirlərini bildirib: “Mahnını Nazpəri xanıma təqdim etdik. Razı oldu və mahnının sözləri xoşuna gəldiyi üçün onunla duet oxumağı təklif etdi. Uğurlu iş alınıb. Hər kəsi təbrik edirik".