"Lider"dən ayrılan aparıcıdan SƏRT SÖZLƏR - "Olmaması daha məqbuldur"
"Lider tv-dən artıq 1 həftə idi ayrılmışdım. Öz ərizəmlə. Həyatımda az cox xidməti olan istənilən hər şey heç nəyə baxmayaraq dəyərdir mənim üçün. O üzdən "görünən dağa nə bələdçi" misalı ilə heç bir detallara varmayacam. Zatən hər kəs hər şeyi çox gözəl bilir". Publika.az xəbər verir ki, bu sözləri telekanaldan yenicə ayrılmış teleaparıcı Fəxriyyə Lilpar deyib. Lider TV-nin bağlanması xəbərini şərh edən telaparıcı bu sözləri əlavə edib: "Radiosu CAZ, televiziyası SAZ olan və heyvan cinsi insan cinsindən daha qiymətli olan bir qurumun olmaması daha məqbuldur". Qeyd edək ki, dünən axşamdan lider TV-nin yayımı dayanıb. Telekanalın bu gündən yayıma davam edəcəyi bildirilib.