Anar Həsənovun işdən çıxarılması ilə bağlı — Azərbaycanın Rusiyadakı səfirliyindən AÇIQLAMA

Lider TV-nin Rusiya üzrə müxbiri Anar Həsənov işindən çıxarılıb

Bəzi KİV-lər jurnalistin Rusiyadakı fəaliyyətinin dayandırılması barədə "vəsatət"i Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun qaldırdığını iddia edib. 

Məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqə saxladıq. Səfirliyin mətbuat xidmətindən Ölkə.Az-a bildirdilər ki, Anar Həsənovun işdən çıxarılması sualını onlara yox, Lider TV-yə ünvanlamaq lazımdır:

"Səfirlik öz işi ilə, diplomatik fəaliyyətilə məşğuldur. "Lider TV" isə müstəqil telekanaldır, özləri bilir, kimi işdən çıxarır, kimi işə götürür. Jurnalistin işdən çıxarılması məsələsilə bağlı telekanala müraciət olunsa daha yaxşı olar”, - deyə səfirliyin mətbuat xidmətindən bildirilib.






Fikirlər