Eynulla Fətullayev Lavrova sual verən jurnalistin işdən çıxarılmasını düzgün addım hesab EDİR

Eynulla Fətullayev Lavrova sual verən jurnalistin işdən çıxarılmasını düzgün addım hesab edir

Ötən gün musavat.com saytı "Lider" TV-nin Rusiyadakı müxbiri Anar Həsənovun işindən kənarlaşdırılması barədə məlumat yaymışdı. 

Həmin xəbərdə bildirilirdi ki, bu barədə saytımıza danışan məlumatlı mənbənin sözlərinə görə, bir neçə gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrova gözlənilməz sual verərək, onun açıq danışmasına və “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”, - deyə cavab verməsinə səbəb olmuş jurnalistin bu hərəkəti bəzi dairələrdə narahatlıqla qarşılanıb.
Bu gün Haqqın.az saytının rəhbəri Eynulla Fətullayev də bu hadisəyə münasibət bildirib. Eynulla Fətullayevin öz facebook profilindən paylaşdığı statusunu olduğu kimi diqqətinizə çatdırırıq: "Lavrovu təxribata çəkmiş jurnalistin işdən çıxarılmasını çox düzgün qərar hesab edirəm. Boş yerdə Rusiya kimi dövləti ölkəmizə qarşı açıqlamaya vadar etmək nəyə xidmət edirdi? Sual qeyri-peşakar və məntiqsiz idi. Üstə gəl axı Lavrova daha ağıllı sual vermək olardı, məsələn - Aprel müharibəsindən sonra 5 rayonun qaytarılmasına dair Lavrov planının aqibəti və sair. Və tam fərqli cavab almaq olardı, nə isə... Günahı jurnalistdə deyil, onu ora göndərəndədi! O sualı onun əlinə verəndədi!"

 






Fikirlər