EYNULLA Fətullayevin SAYTLARI BAĞLANDI?

Eynulla Fətullayevin saytları bağlandı?Tanınmış jurnalist Eynulla Fətullayevin təsisçisi olduğu saytlar bağlanmaq təhlükəsilə üzləşib. Azpolitika.info-ya daxil olan məlumata görə, haqqın.az, virtualaz.org və azeridaily.com saytlarının əməkdaşları ilə bağlanmış əmək müqavilələri ləğv edilib və onlara yeni iş yeri tapmaq tövsiyyə olunub. 
Məlumata görə, Eynulla Fətullayev bu gün kollektivə elan edib ki, fevral ayından etibarən maaş vermək iqtidarında deyil, ona görə də əmək müqavilələri pozulur. Bu 3 saytın ümumi işçilərinin sayı 58 nəfər olub.
Haqqın.az saytının əməkdaşı Bəhram Batıyev zpolitika.info-nun sorğusuna cavab olaraq artıq bu saytda işləmədiyini təsdiq edib. Lakin işdən çıxmasının səbəbi haqda danışmaq istəməyib: “Bu barədə Eynulla Fətullayevə müraciət edin”.
Sayt E.Fətullayevin saytının daha bir neçə əməkdaşının yeni iş yeri axtardığını dəqiqləşdirə bilib. Bir mənbə də təsdiq edib ki, E.Fətullayevin saytlarında kütləvi işdənçıxarma maliyyə problemləri ilə bağlıdır.
Lakin Eynulla Fətullayev qafqaznews.az-a açıqlamasında bu məlumatları təkzib edib: “Belə şey yoxdur. Tamamilə yalan məlumatdır. Saytlarımız bağlanmayıb, fəaliyyətimizi davam etdiririk”.
Xatırladaq ki, bir müddət əvvəl E.Fətullayev saytlarının rəhbərliyindən uzaqlaşdığını, ANS-də yeni layihə həyata keçirəcəyini bildirmişdi.
AzerTaym.az






Fikirlər