Koronavirus dövrünün SEVGİSİ
Azərbaycanın istedadlı şairi, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs “Koronavirus dövrünün sevgisi” adlı şeir yazıb. O, həmin şeirini “Qafqazinfo” ya göndərib.
"AzerTaym.az" olaraq qafqazinfo-ya istinadən sözügedən şeiri oxuculara təqdim edirik:
- Əgər doğrudan sevirsənsə,
şərtim budur:
çəkilək bir hücrəyə,
amma məndən uzaq dur...
Sabun köpüyü partlatsın,
qoxusu sarımsağın,
Kefli əllərin doqquz yazsın,
On barmağı...
Çölə çıxma!
Telefona baxma!
....Başqa şərtlərin də olsaydı, kaş:
Maskasız olmazsa,
maska da olmasın,
Yas olmazsa,
ölüm də olmasın,
Toy olmazsa,
sevgi də... olsun!-
sözləri çıxsaydı dodağından...
Asacam özümü!-
şərt cümləsinin budağından...