Bəstəkarla meyxanaçı arasında mahnı qalmaqalı - QADAĞA qoydu

Bəstəkarla meyxanaçı arasında mahnı qalmaqalı - Qadağa qoydu

Bəstəkar-şairə Xanım İsmayılqızı müəllifi olduğu "Sən nə biləsən mənim nə çəkdiyimi" mahnısının oxunmasına qadağa qoyub.

"AzerTaym.az" axşam.az-a istinadən xəbər verir ki, bəstəkar bu haqda sosial şəbəkədə yazıb. X.İsmayılqızının bu addımı atmasına səbəb isə sözügedən bəstəni meyxanaçı Samirə Yusifqızının oxuması olub.

"Mahnımın oxunmasına qadağa qoydum. Hələ ki, şifahi şəkildə bildirdim" deyə, bəstəkar vurğulayıb.

Qeyd edək ki, mərhum Xalq artisti İlhamə Quliyevanın səsləndirdiyi mahnını Samirə "7 canlı" verilişində qonaq olarkən oxuyub.  


 






Fikirlər