Xalq şairi Bəxtiyar Vahabzadə hansı generalın üzünə tüpürüb? - Tarixi fakt

Yazıçı-dramaturq Firuz Mustafa mərhum xalq şairi Bəxtiyar Vahabzadə ilə bağlı maraqlı fakt açıqlayıb.

Strateq.az xəbər verir ki, o, "Facebook" səhifəsində mərhum şairin 20 yanvar hadisələrində rol alan general Ovçinnikovun üzünə tüpürdüyü tarixi hadisəni nəql edib. Yazıçı-dramaturqun statusunu olduğu kimi təqdim edirik:

"20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin AzTV-nin qarşısında üzünə tüpürdüyü adam Dubinyak yox, Ovçinnikov idi. Amma bəzi jurnalistlər bir az səhvə yol verirlər. Məsələ burasındadır ki, elə Bəxtiyar müəllim özü də söhbətlərində, habelə, yayımlanan məşhur lentdə Dubinyakın üzünə tüpürdüyünü deyir. Mən bir dəfə (kiçik bir məclisdə) bunu Bəxtiyar müəllimin özünə də dedim. O, mən deyəni təsdiq edib bildirdi ki, nədənsə Ovçinnikovun yox, bu alçaq Dubinyakın adı qalıb yadımda. Mən zarafatla dedim: "Bəxtiyar müəllim, görünür, bu "Dubinyak” adı "Dubinka” sözünə oxşadığına görə daha yaddaqalandır”.  

O, gülərək "Yəqin ki, elədir”, – dedi"".

"AzerTaym.az"






Fikirlər