KİV haqqında qanuna dəyişiklik edilir – MİLLİ MƏCLİS

 

QEZETLER.jpg

 Azərbaycanda Kütləvi İnformasiya Vasitələri Haqqında qanuna dəyişiklik edilir.

Strateq.az bildirir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün müzakirəyə çıxartdığı müvafiq dəyişiklik KİV haqqında Qanunun 44-cü maddəsinə şamil ediləcək.

Ediləcək dəyişiklik KİV- lərdə cinayət işləri  ilə bağlı verilən xəbərlərə aiddir.

Təklif olunmuş dəyişiklikdə deyilir:

KİV vasitələrində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüquqna malikdir”.

Mədəniyyət Komitəsi müzakirələrdən sonra qanuna dəyişikliyi Milli Məclisin gündəliyinə daxil edilməsi üçün göndərib.   

 






Fikirlər