Zaur bağlanan verilişindən danışdı

“Zaur bağlanan verilişindən danışdı

 

Teleaparıcı Zaur Baxşəliyev “ATV”də yayımlanan “Öz aramızda” verilişinin bağlanmasından bəhs edib.
“Qafqazinfo”nun məlumatına görə, teleaparıcı bu haqda sosial şəbəkədə yazıb:

“ATV” verilişimizlə bağlı açıqlama verib. Biz yeni studiyada yeni layihə təqdim etməli idik. Kanal həllini tapdığımız, yarım qalan məsələləri yekunlaşdırmaq üçün bizə 2 həftə vaxt vermişdi. Biz də iki həftə ərzində həllini tapdığımız məsələləri təqdim etdik. “Bu stil mənim” və “Məni yarımdan soruş” layihələrimiz efirdə olacaq. Bunlar vaxt aparan layihələrdi, birinin çəkilişləri Türkiyədə, digəri ölkədaxilində olacaq. Bunları yoluna qoymaq üçün gündəlik efirimizə ara vermişik. İnşallah, daha gözəl formatda, qlobal layihələrlə qarşınızda olacağıq. “ATV” maddi texniki bazasını gücləndirib, hələ heç bir layihəsinə start verməyib. Biz köhnəyə əl gəzdirmirik, Yeni, inkişaf etmiş, standartlarauyğun layihələr təqdim etmək istəyirik. Daha baxımlı və səviyyəli verilişlərlə görüşünüzə gələcəyik”.

Qeyd edək ki, teleaparıcı daha sonra statusunu silib.






Fikirlər