“Bütün həyatım alt-üst oldu. məni məhv etdilər“ - Nisə Qasımova
“Məni məhv etdilər. Mən ailə qurmaq haqqında düşünə bilərdim?!” "AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova ARB telekanalında yayımlanan “Heç vaxt heç yerdə” proqramında qonaq olarkən deyib. 67 yaşlı xanım sənətçi bugünə kimi evlənmədiyi üçün heç nə itirmədiyini bildirib: “Mənim bütün həyatım alt-üst oldu. Efirlərdən, səfərlərdən uzaqlaşdırdılar. Azərbaycanı xarici ölkələrdə təmsil etmək istəyirdim, amma qarşıma çıxdılar. Özüm gənc olarkən natamam idim. Hələ püxtələşməmişdim, ağıl, düşüncə yox idi. Allah kimin taleyini necə yazıbsa, onu da yaşamalıdır. Buna görə də, həmin taleyi yaşayıram. Heç də peşman deyiləm. Yaxşı ki, ailə qurmamışam. Bunu açıq deyirəm. Heç nə itirmədim, əksinə qazandım, özümü kəşf etdim”.