Məni ərə verib, ikinci dəfə boşamısınız – LALƏ
Deyəsən, artıq məni ərə verib, ikinci dəfə boşamısınız. Bu haqda heç nə danışa bilmərəm. Bu sözləri əməkdar artist Lalə Məmmədova “Şou məkan” verilişində ikinci dəfə ailə qurması ilə bağlı yayılan xəbərlər haqda danışarkən deyib. O, haqqında yayılan evlilik xəbərlərinin yalan olduğunu bildirib: “Ailə qurmağımla bağlı yayılan xəbərlər doğru deyil. Əslində, şikayət etməyə də haqqım yoxdur, çünki ətrafımda məni sevən insanlar var. Hörmətlə, rəğbətlə ailə qurmaq istəyənlər çoxdur. Bunu hörmətsizlik kimi qəbul etməsinlər, sadəcə, hələ evliliyə hazır deyiləm. Hələ ki, həyatımı yaşayıram, sənətimlə məşğulam. Bir də ki, mənim üçün vacib olan övladlarımdır”.