“O qədər evlilik təklifi ALMIŞAM Kİ ...”

Ailə qurub sonra ayrılmaq istəmirəm.

 Axar.az xəbər verir ki, bu sözləri əməkdar artist Mehriban Zəki “Geriyə baxanlar” verilişində deyib.

 O, sevgi münasibəti haqda da danışıb:

 “Mən şəxsi həyatımı sənətə qurban vermədim. Şəxsi həyatım sənətimdir. Birini o birindən ayırmıram. Ailə o qədər böyük məsuliyyət tələb edən şeydir ki, onu sonra dağıtmaq kimi qorxularım olub. Bəlkə buna görə ailədən qaçmışam. O qədər pərəstişkarlarım olub, evlilik təklifləri almışam ki... Çox gözəl də insanlar olub. Sadəcə, başa düşmüşəm ki, bu ailə uzunmüddətli olmayacaq. Bəzən içini araşdırmışam, görmüşəm, hörmətim var, sevgim yoxdur. Hər şeyi dolğun şəkildə hiss edərək, yaşamaq arzusunda olmuşam. Sənət mənim içimdədir, onu yaşadıram. Ailə isə sevgi ilə qurulmalıdır. Bunun məsuliyyətini dərk edirəm. Ola bilsin ki, gələcəkdə ailə qurum. Təbii ki, həyatımda sevgi var”.






Fikirlər