22.03.2014. - Teymur Əmrah teleaparıcıya evlilik təklif etdi
Xanım aparıcı Teymur Əmrahın gözlənilməz təklifinə nə cavab verdi?
ATV-də “Gündəlik” verilişinin bayram buraxlışının qonaqları sırasında aşıq Samirə, Teymur Əmrah, Elvin Abdullayev olublar.
Bayram əhval-ruhiyyəsində davam edən verilişin ən maraqlı məqamı yenicə ailə həyatı quran gənc müğənni Elvin Abdullayevin ifasından sonra yaşanıb. İfa bitər-bitməz verilişin aparıcısı Mətanət Əliverdiyeva Teymur Əmraha: “Tələbən də ailə qurdu, bəs sən nə vaxt evlənirsən?” - deyib. Teymur Əmrahın cavabı isə hər kəs kimi, aparıcının özü üçün də gözlənilməz olub:
“Biz ikimiz də bir evlənəcəyik. Mən də səninlə ailə quracam. Bayaqdan başımı “bişirirsən” onsuz da”.
Aparıcının cavbı özünü çox gözlətməyib:
“Mən səninlə heç zaman ailə qurmaram”.