Əmrahın oğlu işdən qovuldu - Fotolar

Müğənni Əmrahın oğlu Tayfun müsahibə verdikdən sonra minimum məvaciblə işlədiyi şirniyyat evindən qovulub.
Əmrahın oğlu işdən qovuldu - Fotolar
Dünən məşhur türk müğənnisi Əmrahın Bursada bir şirniyyat evində ofisiant işlədiyini ortaya çıxaran “Polemika” qəzetinin bu xəbəri maqazin gündəminin ən çox oxunan xəbəri olmuşdu.
Çıxan xəbərdən sonra Tayfun Ərdoğanın üç aydır minimum məvaciblə işlədiyi şirniyyat dükanından çıxarıldığı bildirilib.

Tayfun Ərdoğan isə bu haqda danışmaq istəmədiyini deyib.

Verdiyi müsahibədə atasını “Hal-hazırda mənə atalıq etmir” kimi cümlələrlə tənqid edən və görüşmədiklərini bildirən Tayfun Ərdoğan isə işdən qovulandan sonra bu haqda danışmaq istəmədiyini deyib.
Əmrahın, “pul istəməsin” deyə bu il oğluna sənəd imzalatdırdığı da iddia edilib.
Qeyd edək ki, Əmrahın 23 il əvvəl Bursa konsertində tanış olduğu Ebru Çolakdan bir oğlu olmuş, lakin bunu qəbul etməmişdi. Ancaq DNT testləri nəticəsində Tayfunun müğənninin oğlu olduğu sübut olunmuş və məhkəmə Əmrahın oğluna həyatı boyunca aliment ödəməsi qərarını vermişdi.
Əmrahın oğlu işdən qovuldu - FotolarƏmrahın oğlu işdən qovuldu - FotolarƏmrahın oğlu işdən qovuldu - Fotolar






Fikirlər