Məşhur müğənninin oğlu ofisiant işləyir - Atasından xəbərsiz

Türkiyənin tanınmış müğənnisi Əmrahın oğlu Tayfun ofisiant işləyir.
Məşhur müğənninin oğlu ofisiant işləyir - Atasından xəbərsiz

Azertaym.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tayfun dolana bilmək üçün şirniyyat evində fəaliyyətə başlayıb. O, atası ilə əlaqə saxlamadığını bildirib:

“Atamdan heç nə gözləmirəm. İki il əvvəlki görüşümüz də onun reklam məqsədləri üçün idi. Burada işlədiyimi bilmir, bilsə də, maraqlanmaz. Ona güvənmirəm. Nə vaxtsa yalnız çətin vəziyyətə düşsə, axtararam”.

Qeyd edək ki, Əmrahın 23 il əvvəl tanış olduğu Ebru Çolakdan bir oğlu olmuş, lakin bunu qəbul etməmişdi. Daha sonra tibbi testlər nəticəsində Tayfunun müğənninin oğlu olduğu təsdiqlənmişdi.






Fikirlər