“İkinci bahar yaşayıram” - Ailə quran Naibə Allahverdiyeva
Əməkdar artist Naibə Allahverdiyeva ikinci dəfə ailə qurmasından danışıb. “AzerTaym.az”-ın Axşam.az-a istinadən məlumatına görə, aktrisa “Tezdən oyan” verilişinə açıqlamasında sentyabrda rəsmi nikaha daxil olduğunu deyib: “İkinci bahar yaşayıram. Sevgi yaşa baxmır. Tənha qadınlarımız çoxdur. Arzu edirəm ki, bütün xanımlarımız ömrünün ikinci baharını yaşasın. Əsl sevgi elə gənc yox, orta yaşlarda olur. Onda qədrini bilirsən”.