“Mən bunları tutdurmuşdum, indi çöldə nə gəzirlər?” – İlhamə Quliyevaya hücum
Oktyabrın 15-i, saat 02:00 radələrində xalq artisti, Şöhrət ordenli İlhamə Quliyeva qalmaqal yaşayıb. “AZƏRFAX”ın əməkdaşı təsadüfən hadisənin şahidi olub. 8-ci mikrorayon ərazisində yerləşən Tenis Akademiyasının qarşısında xalq artisti və iki kişinin olduğu “Hyundai Sonata” markalı avtomobillə, içərisində iki xanım olan “Chevrolet” markalı avtomobil üz-üzə gəlib. İttiham tərəflərindən biri – “Chvrolet”in sərnişini də İlhamə xanımın ona xələl yetirmək, bıçaqlatdırmaq istədiyini deyib. Qarşılıqlı ağır ittihamlarla müşahidə olunan mübahisə zamanı hər iki tərəf “102” polis xidmətinə zəng edib. Məhz bundan sonra tərəflər hadisə yerindən uzaqlaşıblar.
İ.Quliyeva avtomobildən düşərək, xanımların ünvanına belə deyib: “Mən bunları tutdurmuşdum, indi çöldə nə gəzirlər?” Xalq artisti xanımların onu zəhərləmək istədiklərini bildirib.