Türk məşhurlarının himayədarı vəfat etdi
Türk dünyasında “Ataların atası” kimi tanınan Fevzi Qızıltaşoğlu dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, İbrahim Tatlısəs, Sezen Aksu, Kibariye kimi Türkiyənin ulduz müğənnilərin ilk prodüseri olan Fevzi Qızıltaşoğlu vəfat edib.
Sənət aləmində “Ataların atası” kimi ləqəbi olan prodüser 74 yaşında ağciyərində olan problemə görə dünyasını dəyişib. Qızıldaşoğlunun yas mərasimi İstanbulda keçirilib.O, Ömər Duruk məscidində cənazə namazı qılınandan sonra Bakırköy qəbirstanlığında dəfn olunub.
İbrahim Tatlısəs və Fevzi Qızıltaşoğlu
Fevzi Qızıltaşoğlu iki gün əvvəl ağciyərində aşkar olunan xəstəliyə görə xəstəxanaya aparılmışdı. Lakin həkimlərin cəhdlərinə baxmayaraq məşhur prodüserin həyatını xilas etmək mümkün olmayıb.