“Tanrının yolladığı insan” Çe Gevara - Yeni kitab
AzNews.az xəbər verir ki, sözügedən kitabı yazıçı və “Parizyen” qəzetinin əməkdaşı olan jurnalist Jan Kormye 8 il ərzində (1987–1995-ci illər) qələmə alıb. Onun yazılmasında Ernesto Gevaranın qızı İldita və uşaqlıq dostu Alberto Qranado da iştirak edib. Kitabın dilimizə tərcüməsi Məmməd Süleymanova məxsusdur.
Jan-Pol Sartr Çe Gevaranı “XX əsrin ən mükəmməl insanı” adlandırıb. “Çe” təxəllüslü Ernesto Gevara 1928-ci ildə Argentinada dünyaya gəlib. 1956-cı ildə o, Fidel Kastro və daha 80 inqilabçı ilə birlikdə Meksikadan Kubaya – diktator Batistanı devirmək üçün yollanıb.
Əzilən insanlara yardım etmək arzusu onu Konqoya və Boliviyaya aparıb çıxarıb. 1967-ci ilin 9 oktyabrında Boliviyada qətlə yetirilib.
Onun yanına müalicə üçün xəstə övladlarını gətirən kəndlilər “Bu insanı Tanrı yollayıb” deyirdilər.