900 illik tarixində London qəsrində ilk İFTAR təşkil olundu... -FOTOLAR

900 illik tarixində London qəsrində ilk iftar təşkil olundu...-FOTOLAR

Hər təbəqədən, dindən və yaşdan olan londonlular ötən bazar ertəsi günü London qalasının(yaxud Qəsri) 900 illik tarixində ilk dinlərarası iftar üçün toplaşıblar.
Moderator.az xəbər verir ki, bu haqda “Aboutislam” nəşri məlumat yayıb.
 
"Naz Heritage Foundation"  fondu tərəfindən təşkil edilən iftarda London meri Sadiq Xan ilə yanaşı, baş ravvin Efraim Mirvis və kardinal Vincent Nikols da daxil olmaqla müxtəlif dinlərdən olan dini liderlər iştirak ediblər.
 
Xan deyib: “Bu axşam orucumu London Qalasında ilk dinlərarası iftarda açdığım üçün çox məmnun oldum”.
 
“Dünən bu canlı tədbirdə sizinlə olmaqdan şadam! Tədbiri təşkil etdiyinə görə "@NazLegacy"-ə və bu axşamı belə sevinclə bölüşən hər kəsə təşəkkür edirəm”, - Kardinal Nikols paylaşımında belə yazıb.
 
Zəruri arayış:
London qalası və ya qəsri (ing. Her Majesty's Royal Palace and Fortress The Tower of London) — İngiltərənin paytaxtı London şəhərində inşa olunmuş tarixi qala. Qala Temza çayının şimal sahillərində yerləşir. London qalası daha çox 1078-ci ildə kral I Uliyam tərəfindən inşa olunmuş Ağ qala adlı inzibati binası ilə tanınır. Ancaq Ağ qala ilə yanaşı, London qalasında bir çox inzibati binalar, qüllələr və müdafiə divarları mövcuddur. London qalası cinayətkarlar və əsirlərin saxlanılması üçün inşa edilmişdir. Bu səbəbdən qalada edam və işgəncə otaqları, cəbhəxana, dövlət xəzinəsi və əsgər yataqxanası vardı.
 
Sultan Laçın






Fikirlər