Vahid Əziz and içdi: “Almamışam”
Şair Vahid Əziz sözlərinə yazılmış mahnılara görə bir qəpik də olsun, qonorar almadığını dilə gətirib. Azərtaym.az publika.az-a istinadən bildirir ki, şair buna görə telekanalları qınayıb: Dünyanın hər yerində belədir ki, müəllif zəhmətinin haqqını alır. Bu işdə günahı ilk növbədə telekanallarda görürəm".
"Telekanallarda səsləndirilən hər mahnıya görə Müəllif Hüquqları Agentliyinə qonorar ödənməlidir. Həmin qonorar da bəstəkara və şairə təqdim olunmalıdır. Amma illərdir ki, mahnılarımız televiziyalarda, radiolarda səsləndirilir, amma mahnı müəlliflərini yada salan yoxdur.