Ən gözəl “ÜSYAN” edən... - FOTOSESSİYA

 

“Ən gözəl “üsyan” edən... - Fotosessiya

 "O səs Türkiyə" yarışmasında "Üsyan", "Yanğın var" ifaları ilə məşhurlaşan Ayda Mosarraf "VI THE FIRST" mükafatlandırma mərasiminə qatılıb.

Mükafatlandırılan müğənni "Qafqazinfo"ya açıqlamasında Azərbaycanda ilk dəfə qonaq olduğunu bildirib:
“İki gündür ki, Azərbaycandayam. Gəzmək imkanım olmadı, hava limanından gələndə yol boyu ətrafa göz gəzdirdim. Çox gözəl şəhərdir. Milli yeməklərinizdən də yemək imkanım olmadı, amma Azərbaycanın zəngin mətbəxi olduğunu bilirəm. Məni mükafata layiq gördüyünüz üçün təşəkkür edirəm. Burda olduğum üçün xoşbəxtəm”.

İfaçı yaradıcılıq işlərindən də söhbət açıb:

“Mahnı axtarışındayam. Mahnılarım çox azdır. Köhnə mahnıları ifa etməyi sevirəm. Səsləndirəcəyim mahnı hislərimi ifadə edə bilməlidir. Bu dövrdə yaxşı mahnı tapmaq çətindir. Yeni layihələr üzərində çalışıram. İngilis dilində mahnılar yazıram, hələ ki, türkcə mahnı bəstələyə bilmirəm. Azərbaycan mahnılarını da çox sevirəm. Köhnə mahnılardan ifa etmək istəyərəm”.

Qeyd edək ki, tədbirin təşkilatçısı Xəyal Rzadır.

Könül
Fotolar: Nuran Məmmədov

Ən gözəl “üsyan” edən... - Fotosessiya
Ən gözəl “üsyan” edən... - Fotosessiya
Ən gözəl “üsyan” edən... - Fotosessiya
Ən gözəl “üsyan” edən... - Fotosessiya
Ən gözəl “üsyan” edən... - Fotosessiya
Ən gözəl “üsyan” edən... - Fotosessiya
Ən gözəl “üsyan” edən... - Fotosessiya

 






Fikirlər