XALQ artisti xəstəxanaya YERLƏŞDİRİLİB
Tanınmış diktor, xalq artisti Sabir Ələsgərovun səhhəti pisləşib. Modern.az saytı xəbər verir ki, bunu APA-ya diktorun qızı Mehriban Ələsgərova deyib.<p"> Onun sözlərinə görə, Sabir Ələsgərovun böyrəklərində problem yaranıb və 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: “Müayinələrin nəticəsi ürəkaçan olmadı. Atamın böyrəkləri sıradan çıxmağa doğru gedir. Dializ aparatına qoşulmalıdır”.