"Röya müasirliyi lütlənməklə ölçür" - NATAVAN

"Röya müasirliyi lütlənməklə ölçür" -
Müğənni Natavan Həbibi həmkarı Röya Ayxandan danışıb. Sənətçi “ATV maqazin onlarla” verilişində həmkarının onlar haqqında dediyi “Mənə həmişə çuşka deyirdilər” sözlərinə cavab verib:
“İndi də ona elə deyə bilərəm. Röyanı mən tanıyan kimi heç kim tanıya bilməz. Biz bir-birimiz üçün ulduz ola bilmərik. Mənim münasibətim heç vaxt dəyişə bilməz. Heç vaxt deyə bilmərəm ki, “A o ulduzdur”.
N.Həbibi Röyanın “İndi mən Natavanla Elnarənin geyiminə baxıb deyirəm, eh... İngilis dilini bilməklə deyil ki...” sözlərini məsxərəyə qoyub. İfaçı həmkarı ilə münasibətlərinin olmadığını da etiraf edib:
“Bizi bəyənməz. Biz qapalı geyinirik. O da müasirliyi lütlənməklə ölçür. Özü lütlənir. Biz qapalı geyinirik, geridə qalmışık. Elə hesab etsin. Biz görüşmürük, ortaq dostlarımız da yoxdur. Hər kəsin öz dostları, ətrafı var”.
 AzerTaym.az






Fikirlər