"Hüsniyyə ilə tez-tez dalaşırdıq" - MURAD ARİF
Müğənni-bəstəkar Murad Arif özü ilə bağlı maraqlı açıqlama edib.
Axşam.az-ın məlumatına görə, sənətçi “Yeri gəlmişkən” verilişində özünü uğursuz adlandırıb:
“Mən həmişə kollektivdə uğursuz olmuşam. Neçə məktəb dəyişmişəm. Həmişə elə bilirəm ki, kiminsə yerini dar edirəm. Orta məktəbdə sinfin sevimlisi olmamışam. Ondan çox uşaqla davada idim. Universitetdə uşaqlarla bu günə kimi münasibət saxlamıram. Həyatda dost tapanda elə sevinirdim ki... Deyirdim, evə kimi tək getməyəcəm, söhbət edəcəm. Hüsniyyə Məhərrəmova mənim ən yaxın dostlarımdandır. Amma “Qaraj” layihəsinə aparıcılıq edəndə tez-tez dalaşırdıq. Az qala danışmırdıq”.