Xoşqədəm həkimi məhkəməyə verir: O SƏRİŞTƏSİZİ...

Related image 

Aparıcı Xoşqədəm Hidayətqızı dişini müalicə edən stomotoloqdan şikayətlənib.

Axşam.az-ın məlumatına görə, aparıcı onun dişini düzgün müalicə etməyən həkimi məhkəməyə verəcəyini deyib:"Uzun müddətdir diş ağrısından əziyyət çəkirdim. Hansı həkimə gedirdimsə, heç bir problem olmadığını deyirdi. Çəkilişdə dişim bərk ağrıdı, hər şeyi yarımçıq qoyub həkimə getdim. Bir çox tanınmış və imkanlı insanın üz tutduğu həkim illər əvvəl dişimi müalicə edərkən alət qırılıb və orada qalıb. Ağrı verməyi bir yana, artıq dişin dibində şiş əmələ gəlib. Bu həkimlə bağlı hansı addımı atım? Qazandığın pulu rahat yeyəcəyinə inanırsan?İndi gedirəm, geri qayıdanda ilk işim o səriştəsiz həkimi məhkəməyə vermək olacaq. Əgər həkimlikdən əl çəkərsə, şikayətimi geri alacam".






Fikirlər