Azərbaycanlı həkimi özünə müşavir təyin etdi
Vesti.az-ın məlumatına görə, bu açıqlamanı Çeçenistan rəhbəri Ramzan Kadırov verib. "Mən ondan Çeçenistana köçməsini və burada işləməsini xahiş etdim. Elxan həkim mənim xahişimi yerə salmadı. İşə isə məni məcburi müayinə etməklə başladı. Allaha çox şükür, tam sağlamam. Süleymanov əmindir ki, onkodiaqnozla bağlı ağır xəstəliklərin çoxalması müasir xəstəxanaların olmaması ilə əlaqədardır. Biz artıq bununla bağlı qərar qəbul etmişik. İlk növbədə bütün vəzifəli şəxslər həkim nəzarətindən keçəcəklər. Həkimə birinci Prezident Administrasiyasının rəhbəri Maqomed Daudov müraciət edəcək.
Bu da son deyil. Elxan Süleymanov onkoloji xəstəxananın baş həkimi təyin edilib. Mən ona dünyanın ən yaxşı həkimlərini Çeçenistana dəvət etmək səlahiyyətini vermişəm, bundan sonra xəstəlikdən əziyyət çəkən vətəndaşlarımız müalicə üçün başqa ölkələrə getməyəcəklər. Onların müalicəsi ən yüksək səviyyədə Çeçenistanda aparılacaq", - deyə Ramzan Kadırov əlavə edib.