Azərbaycanda suni mayalanma ilə bağlı həkimlər arasında narazılıq var

 

“Bu gün suni mayalanma ilə bağlı həkim pediatrlarla mamaginekoloqlar arasında narazılıq var. Süni mayalanma zamanı ana bətnində bir neçə mayalanmış yumurtanın yeridilməsi həm ana, həm uşaq üçün risklidir”.

AzerTaym.az xəbər verir ki, bunu K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, ginenokoqlar süni mayalanma edərkən ana bətninə bir və ya iki mayalanmış yumurta yeridilməlidir:

"Amma həkim özünü sığrotalamaq üçün ana bətninə bir neçə mayalanmış yumurta əlavə edir. Lakin bu yumurtalar tutduqdan və inkişafa başlayandan sonra həkimlər onları götürə bilərlər. Çoxdöllülük həm ana, həm uşaq üçün risk fakforudur. Belə hamiləliklər 3-cü səviyyəli doğuşayardım komissiyasında həll olunmalıdır. Biz tərəfdarıq ki, belə hamiləliklər tək və ya əkiz olsun".

N.Quliyev qeyd edib ki, belə hamiləliklərdə sağlamlıq problemləri və risk faktorları digərlərindın daha yüksəkdir:

"Bu məsələ zaman keçdilcə təkmilləşdirilməlidir. Həm hamiləlik dövründə, həm də doğuşdan sonra uşaqların sağlamlığı ilə bağlı risk faktorları olur".

  






Fikirlər