Süni yolla hazırlanan kənd təsərrüfatı məhsullarının siyahısına daha biri əlavə olunub.
Aznews.az bildirir ki, Çində artıq süni yumurtanın hazırlanmasına başlanılıb. Süni yumurtanın hazırlanmasının əks olunduğu videoçarx da yayılıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AzNews.az-a açıqlamasında bildirib ki, süni kənd təsərrüfat məhsullarının hazırlanması üçün bu cür texnologiyalar Azərbaycanda da var: “Azərbaycanda 10 ildən artıqdır ki, süni kürü hazırlanır. Bəzən də o natural kürü ilə qarışdırılıb əhaliyə satılır. Çox maraqlıdır ki, süni kürü insanlar arasında ajiotaj yaratmır. Bir çox turistlər Azərbaycana gələndə elə bilirlər ki, bura kürü ölkəsidir. Görünüşü natural kürüdən heç nə ilə fərqlənməyən bu məhsulun təbii kürü ilə heç bir əlaqəsi yoxdur.
Bunun kimi süni ət, yumurta, süd də yer üzündə mövcuddur. Bunun təsirləri elm olaraq hələ öyrənilməyib. Yalnız onu hazırlayan tədqiqatçılar müəyyən nəticələr əldə edə bilər”.
E.Hüseynov Azərbaycanad süni yumurtanın hələ ki, müşahidə olunmadığını vurğulayıb: “Çox güman ki, süni yumurta Azərbaycana da gətiriləcək. Bu, mütləqdir. Əlbəttə, azad bazar iqtisadiyyatıdır. Süni yumurta hər an Azərbaycana daxil ola bilər. Amma insanlar unutmasınlar ki, o, müəyyən standartlara uyğun hazırlanır”.
Fikirlər