“Məleykə Abbaszadə GUYA İNQİLAB EDİR, axı bu nəyə lazımdır?” - Sabiq deputatla MÜSAHİBƏ
Lalə Abbasova: “Mənə ən böyük zərbəni çox güvəndiyim, bir yerdə çörək kəsdiyim rəfiqəm vurdu” - Bir övladın zəngin nəsildə böyüməsi sonradan onun hansısa sahədə çalışmasına sirayət edir. Siz hər şeydən əvvəl yaradıcı insansınız. Mahnılar bəstələmisiniz, şeirlər yazmısınız. İlk vaxtlarda bəstəkar kimi təqdim olunmağınızı necə qarşıladılar? - Hansı müğənnilər sizin bəstələrinizdən istifadə edir? - Flora Kərimova, Nisə Qasımova, Almaz Əlsəgərli, Heydər Anatollu və digərləri. - Hər bir insan müəyyən sınaqlardan keçir. Ya şəxsi məsələdə, ya insanlarla ünsiyyətdə, ya da iş prosesində insan haqsızlıqlarla üzləşir. Bəzi insanlara həm maddi, həm də mənəvi kömək etməyimə baxmayaraq, həmişə onlar mənə zərbə vurmağa çalışıblar. Mən isə nə edirsiniz edin, “mən nikbinəm” demişəm. Həyata nikbin baxışlarla baxıram. Yaxşılığa inanıram. Hər bir insanın həyatda öz yolu var. Kimi əyri, kimi düz yolla gedir. Mən də öz yolumla getməyə qərar verdim və hər mənada nikbin oldum. - Belə anlaşıldı ki, mürəkkəb həyat yolu keçmisiniz. Maraqlıdır ki, kimlər sizə zərbə vurub? - Mənə zərbə vuran rəfiqəlik etdiyim insanlar olub. Ən çox güvəndiyim rəfiqəmin xəyanəti böyük zərbə idi. Mənə söylənəndə ki, “o sizin haqqınızda bunları deyir”, inanmamışdım. Biz onunla bir yerdə çörək kəsmişdik. Hətta 2010-cu ilin parlament seçkilərində deputat seçilməyəndə bəzi nazirlərə mənim işə götürülməyimlə bağlı etiraz etmişdi. Həmin qadın “Onu işə götürmək üçün gedin Ramiz Mehdiyevdən icazə alın” demişdi. Halbuki, bu məsələ ilə Ramiz müəllimin heç bir əlaqəsi yox idi. Zaman keçəndən sonra bunları anladım. - Elə bir zaman gəldi ki, həmin qadına “sən çox saxta, qeyri-səmimi, insana xas olmayan eybəcərliklərə maliksən. Yuxarı qalxdıqca, insanlıq sifətini itirmisən” sözünü üzünə demişdim. Lakin onun ürəyi soyumamışdı. Rəfiqələrimə, tanışlarıma mənimlə əlaqəni kəsmələrini söyləmişdi. Yaxınlıq etdiyim insanlardan bir neçəsi bu gün də mənimlə əlaqəni onun göstərişi ilə kəsib. Görünür, arxada danışmaqdansa, sözü üzə dediyimə görə düşmənlərim çox olub. - Bəzi qadınlar müəyyən pilləyə çatanda biri-birlərini həzm edə bilmirlər. Bu problemin kökündə nə dayanır? - Siyasi fəaliyyətlə məşğul olmazdan öncə jurnalist kimi çalışmısız. Həmişə yazılı medianın, qəzetlərin problemlərlə üzləşdiyini deyiblər. İndi media sizə necə görünür? - Düşünürəm ki, artıq qəzetlərin vaxtı keçib. Ona görə də 2011-ci ildə qəzetimin fəaliyyətini dayandırdım. Rəhbəri olduğum qəzetin səhifələri daha zəngin idi. Qadın mövzusundan tutmuş, dini məsələlərə qədər yazılar gedirdi. İnsanların zənginləşməsinə çalışırdım. Amma qəzetim alınmırdı. Bu məsələdə müəyyən tendensiya əmələ gəlmişdi. Maddiyyat problemi yaranmağa başladı. Ona görə də qəzetin fəaliyyətini dayandırmalı olduq. Həm də qəzetimi kimsə maliyyələşdirməyib. Sponsorum olmayıb. Hətta qəzetin ilk nömrələrini buraxanda qızıllarımı satmalı olmuşdum. - Bəs bu gərgin işlərinizə həyat yoldaşınız necə, dəstək olurdu? - Həyat yoldaşım olmayıb. Bu barədə danışmaq istəmirəm. Uşaqlarımı tək böyütmüşəm. - Güman ki, bu ayrılmaq məsələsinin kökündə prinsipiallığınız olub. - Bilirsiniz, o, məni geri aparırdı. İçimdə olan yaradıcılığı həyata keçirə bilmirdim. Mane olurdu. - Sizin özünümüdafiə əzminiz maraqlı gəldi. Hər qadın həm iş, həm də şəxsi həyatında özünü müdafiə etməyi bacarmır. Bütün çətinliklərə baxmayaraq, tək qalmağı seçdiniz. Çətin olmadı ki? - Mən tək deyiləm. Şükür allaha, övladlarım, yaxşı rəfiqələrim var. - 20 ildir ki, təkəm və o güclü insanı görə bilmirəm. Səmimi deyirəm. Həqiqətən tək olmuşam. Çoxları “axı sən özünə baxan olmusan, gözəl geyinib-keçinmisən. Niyə təksən?” deyiblər. Demək belə lazım imiş. - Baxın, hazırda millət vəkili deyiləm. İndi də insanlara kömək edirəm. Keçmiş millət vəkili olaraq, hüquqları pozulmuş qadınları müdafiə edirəm. Bir də görürsüz ki, əlil arabasının olmamasına görə müraciət edirlər. Ya dostlarımdan, ya da oğlumdan pul alıb həmin insanı araba ilə təmin edirəm. Bilirsiz, insanlar var ki, alanda sevinir. Mən isə verəndə sevinirəm. - III çağırış Milli Məclisin deputatı olmusunuz. 5 il parlamentdə təmsil olunduğunuz dönəmlərdə yaxın münasibət qurduğunuz insanlar olub. Hazırda, indiki ya da keçmiş deputatlarla əlaqələriniz necədir? - Əlaqəm yoxdur. Amma hardasa bir araya gələndə salamlaşırıq. Arada Həvva Məmmədova ilə telefonda danışırıq. Başqa heç kimlə ünsiyyətim yoxdur. - Bəs Elmira Axundova? Səhv etmirəmsə, əvvəllər dost olmusuz. - Heç bir əlaqəmiz yoxdur. - Bəli, o məqaləni 60 illik yubileyimdə yazıb. Çox yaxşı da məqalə idi. Buna görə ona minnətdaram. Bayaq da sizə dedim. Bəzi insanlar dostluğu elə formada edir ki, düşmənçiliyi hiss olunmasın. Müəyyən müddətdən sonra insanın iç üzü açılanda fikirləşirsən ki, axı bu insan mənə yaxşılıq da edib. Bu zaman hər ikisini tərəziyə qoyursan və görürsən ki, bir yaxşılığın əvəzinə 101 pislik var. Bu zaman o insana pislik etmirəm. Sadəcə olaraq həyatımdan silirəm. Həm də insan bu həyatda özbaşına addım atmır. - Deyirlər, keçmiş deputat Asya Manafova özünə qapanıb. Heç kəslə danışmaq istəmir. - Bilirsiz, onu həyat o cür olmağa məcbur edib. İnsan hamıya açıq olanda daha çox zərbə alır. İndi gedib istənilən xaçmazlıdan soruşsan ki, ən yaxşı deputatınız kim olub? Dərhal mənim adımı çəkəcəklər. Heç də özümü tərif etmirəm. Sadəcə, məni də yaşadan səbəblərdən biri insanların məndən razı qalmasıdır. - Müəyyən qüvvələr imkan vermədi. - Həmin vaxt yenidən deputat seçilmək istəyirdiniz? - Əlbəttə istəyirdim. Həmin vaxtlarda dövlətim məndən razı idi, sadəcə, ətrafımda olan bəzi qadınlar irəlidə daha yaxşı işlərimin olduğunu, qabağa gedə biləcəyimi hiss edirdilər. Ona görə də mənə şər atdılar. Haqqımda olmayan məsələləri daha böyük instansiyalara çatdırdılar. Həmin vaxtlarda Türkiyə Ermənistanla sərhədləri açmaq istəyirdi. Türkiyəyə səfər edəndə o zamankı prezident Abdulla Gülə dedim ki, “ola bilərmi, Türkiyə Azərbaycanı tapdalayıb sərhədləri açsın?”. Bu sözümü eşidən türk deputat “gəlin gedək” dedi. Sonra Türkiyə TV-lərindən birinin müxbiri sərhədlər açılacağı tədqirdə Azərbaycanın nə edəcəyini soruşdu. Mən də uşaq kimi “biz də sizə qaz vermərik” dedim. Sonradan bu sözümü dövlətimə qarşı yanlışlıq kimi qələmə verdilər. Halbuki, elə məqsədim yox idi. Sadəcə rusdilli olduğumdan əvvəl-əvvəl proseslərə qoşulmaq çətin idi. İkinci ildən artıq dil məsələsi üzərində xeyli çalışmışdım. Növbəti dəfə deputat seçiləndə daha yaxşı işlər görəcəkdim. Təəssüf ki, buna imkan vermədilər. Bəlkə də bu, bir qismət idi. Görünür,o vaxt mən, bu vaxt onlar parlamentdə olmalı idi. Ona görə kimisə günahlandırmaq istəmirəm. - Əlbəttə edirəm. Həm də insanlarla yaxın olduqca, əsl simaları ortaya çıxır. Bir tərəfdən də səmimi insanam. - Səmimi insanların başı həmişə qalmaqalda olur. - Həyatdı da... Başqa cür yaşaya bilmirəm axı! Əgər gözləsəm ki, filankəslə yaxın olsam, mənə xəyanət edərmi, bu da çətindir. Həyatda öz yolumu gedirəm. Elə vaxt olub ki, kimsə “Yeni ili qarşılamağa pulum yoxdu” deyib. Cibimdə o zamankı dillə desək, “5 şirvanımdan” 2-sini ona verib, 3-nü özümə saxlamışam. Düşünmüşəm ki, işə çıxandan sonra yenə pulum olacaq. Qəribədir ki, o insan “sağ ol” desə də, sonradan mənə zərbə vurub. - Bir dəfə tədbirdəyəm. Yanımda da nazirlərimizdən biri dayanıb. Dedim ki, gedib uşaqlara yemək bişirməliyəm. “Bəsdirin, sizin kimi xanım heç mətbəxdə yemək bişirə bilər?!” dedi. Evimə həftədə bir dəfə təmizlikçi gəlib yemək bişirəndə uşaqlarım o yeməyi yemirdi. Məcbur olub imkansız ailəyə verirdik. Soruşdunuz ki, bu yaşda necə belə qalmısınız?! Cavab verim. Mən “Nikbin”əm axı! Həyatı, insanları çox sevirəm. Həyatı bu cür yaşamaq mənə daha rahat olub. - 3 uşaq böyütmək, yaradıcılıq işi və jurnalist kimi bir neçə qəzetdə çalışmaq, bu qədər işin içində deputat olmaq istəyiniz necə yarandı? - Bilirsiz, anam həmişə “sən ağıllı və gözəl deyilsən” deyirdi. Sonra həyat yoldaşım da bu sözü deyirdi. 40 yaşımda belə qərar verdim ki, mən həm gözələm, həm də ağıllı. - Qüsurunuz nədə idi ki, sizə belə deyirdilər? - Anam düz yoldan dönməmək üçün deyirdi. Tərbiyə üsulu belə idi. Həyat yoldaşım isə qətiyyən qısqandığından demirdi. Sadəcə, ruhdan salmaq məsələsi aktual idi. Qəzet buraxdım, ensiklopediya hazırladım, mahnı bəstələdim. Qadınlarla bağlı yazdıqlarıma görə dəfələrlə kişilərin təzyiqinə məruz qalmışam. İkinci kitabımın nəşr olunmamasına çalışırdılar. - Bir jurnalist dostumuz vardı. Dedi ki, sən hər şeyi bacarırsan, səndən yaxşı deputat çıxar. Təkan iş yoldaşımdan gəlmişdi. - Bir az da övladlarınız barədə danışın. Onlara istədiyiniz təhsili verə bildinizmi? - Pis olmadı, hamısı təhsil alıb. Oğlum iqtisadçıdır, özəl şirkətdə çalışır. Oğlum 19 yaşında işləyib özünə maşın alıb. Bacılarını repetitor yanına aparıb-gətirib ki, onlar avtobuslarda gedib-gəlməsinlər. Bu gün övladlarımla fəxr edirəm. Bir qızım və oğlum ailəlidir. Təhsildən söz düşmüşkən, bir dəfə o zamankı təhsil naziri Misir Mərdanovun yanına gedib dedim ki, məktəblər üçün din haqqında kitab yazmışam. Dinlərin anlayışını açıb göstərmişəm. O, “yaz” desə də, sonradan icazə verilmədi.
Milli Məclisin sabiq deputatı (III çağırış), “Qadın və tərəqqi” İctimai Birliyinin sədri Lalə Abbasova Modern.az-a müsahibə verib.
- Lalə xanım, sizin həyatınızı vərəqləyəndə ananızın Ərdəbildən olduğunu bildim. Amma bir vaxtlar sizin ananızın erməni olduğunu deyirdilər.
- Anamın nəsli Ərdəbildən olsa da, özü Bakıda böyüyüb. Anam danışırdı ki, vaxtilə atasıgil Cənubi Azərbaycandan Bakıya köçüblər. Babam o vaxtlar, Nəriman Nərimanov Azərbaycan Xalq Komissarları Sovetinin sədri olan dövrlərdə onunla birgə çalışıb. Anam ata-anasını erkən itirdiyindən əmisinin, dayısının himayəsində böyüyüb. Buna baxmayaraq, anam təhsil alıb və Azərbaycanda ilk hüquqşünas qadınlardan biri olub. Anam çox mübariz xanım idi. 7 övladının ən kiçiyi mənəm. Rus bölməsini bitirdiyimizdən uşaq vaxtı anamın danışdıqlarına əhəmiyyət verməmişik. Vaxt keçdikcə, anamın hansı nəsildən olması bizə daha maraqlı gəlməyə başladı. Eyni zamanda, anamın başqa millətdən olduğunu deyirdilər. Hətta deputatlığa namizədliyimi verəndə yazırdılar ki, anası ermənidir. Təbii ki, bu cür dedi-qoduya əhəmiyyət verməməyə çalışırdım. Həm gülürdüm, həm də əsəbləşirdim. Hətta bu məsələ ilə bağlı məhkəməyə müraciət edəndə hakim qərar çıxardı ki, “haqqınızda bunu deyən insan cinayət etməyib”. Mən də hakimə üzümü tutaraq, “o zaman sizin də ananız ermənidir” deyib, otaqdan çıxmışam. İllər keçəndən sonra həmin qadın hakimlə qonşu olduq və mənə dedi ki, “bağışlayın, belə də etməli idim”.
- 40 yaşdan sonra piano arxasına keçdim. O vaxta qədər mahnı yazmamışam. Mənim bəstəkarlıq işimə çox inamsız baxırdılar. Düşünürəm ki, həyatda heç kimi aldatmamışam, öz yolumla getmişəm. Hamıya izah edə bilməzdim ki, bu bir yoldur, Allah tərəfindən açılıb. Başladım mahnı yazmağa. İndi mahnı bəstələsəm də, ürəyimə yatan şeir tapa bilmədiyimdən bu iş alınmır.
- Həm də “Nikbin” təxəllüsü ilə şeirlər yazmısınız. Niyə məhz “Nikbin” təxəllüsü?
- Həmin “dostlar”la sonra bir araya gəldinizmi?
- 2000-ci ildə rusdilli “Qadın dünyası” (“Mir jenşin”) qəzetini açdım. Qardaşım o zaman bu işdə mənə kömək etdi. Həmin vaxtlarda bir qadın yanıma gəldi və “çörəyim yoxdur, məni işə götür” dedi. O qadını işə götürdüm. Kitab yazdığım üçün bir kuryer də lazım idi ki, məktubları idarələrə aparıb-gətirsin. Zaman keçəndən sonra onun davranışları dəyişdi və qəzetin adına ləkə vurmağa başladı. Onu redaksiyadan uzaqlaşdırdım. Millət vəkilli olduğum dönəmlərdə o, Prezident Adminstrasiyasına gedərək, haqqımda olmayan yalanlar danışıb.
- İndi cəmiyyətdə bir təbəqə mövcuddur. Savadsız və təhsilsiz qadınların çarəsiz durumuna şahidlik edirik. Bu tip qadınların ailə qurduğu kişilər yarıtmaz insan olsa da, müxtəlif səbəblərdən birgə yaşamaq məcburiyyətində qalırlar. Sonrası da bəllidir. Siz bu barədə nə düşünürsüz?
- Bəzən elə vəziyyət yaranır ki, qadın ərini öldürür. Deməli, kişi onu elə bir vəziyyətə salır ki, qadın bu yola əl atır və dəmir barmaqlıqlar arasında həyatını yaşayır. Bu məsələdə cinayət halı var və təqdir etmirəm. Amma qadının daş-qalaq edilməsini də qəbul etmirəm. Elə kişilər də var ki, “səni öldürərəm, amma buraxmaram harasa gedəsən” deyirlər. Bu cür halların vüsət almamasına görə qızlara peşə təhsili də olsa, öyrətmək lazımdır. Qoy sabah öz ayaqları üzərində dayana bilsinlər. Vaxt olub ki, 4 qəzetdə çalışmışam. Səhər 10-da gedib, axşam 11-də evə gəlmişəm ki, uşaqlarım ac olmasın. Çalışmışam ki, övladlarım pis işlərə aludə olmasın. Hər bir valideyn övladı üçün nümunədir.
- Amma qadın kimi həmişə tək qalmağı seçdiniz.
- Hətta deyirlər ki, siz insanlara qarşı çox səmimi və yaxın olmusunuz. Bir çox kasıb ailələr sizdən kömək istədikləri təqdirdə, onları ümidsiz buraxmamısınız. Bu cür insanpərvər olmağınızı görən bir məmur “onsuz da sizə “sağ ol” deməyəcəklər. Niyə yaxşılıq edirsiz?” söyləyib. Xatırlayırsınızmı həmin situasiyanı?
- Elmira Axundovanın sizin haqqınızda yazdığı məqaləni xatırlayıram. Demək olar, tərif edib sizi.
- O zaman xaçmazlılar niyə yenidən sizi deputat seçmədilər?
- Danışdıqca, hiss olunur ki, həyatınız boyu rəfiqələrinizin xəyanəti ilə üzləşmisiniz. Buna baxmayaraq, yenə də daha yaxından rəfiqəlik etdiyiniz insanlar var
- Belə anlaşıldı ki, zərbəni həm ailə quranda, həm iş prosesində, həm də dostluq əlaqələrində almısınız. Amma zahirən gənc və dözümlü təsir bağışlayırsınız. Bu yaşda necə cavan qalmısınız?
- Deputat olmaq istəyinizin hardan qaynaqlandığını demədiniz.
Bugünkü təhsil sistemindən narazıyam. Hər gün bir qayda tətbiq edirlər. Bu uşaqları düşünən yoxdur. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə imtahan prosesində guya, inqilab edir. Axı, bu nəyə lazımdır? Hər qəbul prosesi dəyişdikcə, neçə uşaq intihara əl atıb. Belə olmaz. Kurrikulum kimə lazımdır?