DİASPORA KOMİTƏSİNİN məqsədi azərbaycanlıları BİR YERƏ YIGMAQ DEYİL, dağıtmaq olub.

Almaniyada daim Azərbaycanı təbliğ edənlərdəndir. Soydaşımızın vətənpərvərliyi ilə yanaşı Avropa sevgisi, Almaniyadakı insan haqlarına dövlətin sayğısından yaranan rahatlığı hər an sezilir.
- 2001-ci ilin yayında Almaniyanin Mainz şəhərinə köçdük. İndi ailəvi bu şəhərdə yaşayırıq. Əslində bu ölkəyə öz istəyimiz ilə deyil, məcbur olub gəlmişik.
Mainz şəhərində 1992-ci ildən bəri fəaliyyət göstərən Azərbaycan -Türk Cəmiyyətinin sədriyəm. Onu da xatırladım ki, Mainz (1984-cü ildən) Bakı ilə qardaşlaşmış şəhərdir.

Diaspora komitəsinin məqsədi azərbaycanlıları bir yerə yığmaq deyil, dağıtmaq olub.


-Sizin Almaniyanın vergi sistemi haqqında yazdığınız status ölkəmizdə çox böyük marağa səbəb oldu. Bu barədə bir az geniş danışa bilərsinizmi?
-Almaniyadaki vergi sistemi haqqında yazdığım qısa arayış Azərbaycanda belə geniş marağa səbəb olacağını bilmirdim. Bəli, bu arayışda yazdıqlarım tam doğrudur. Bu hadisə 2015-ci ildə oldu.
Almaniyada ticarət işinə başlayandan 7-10 il keçdikdən sonra belə arayışa ehtiyac olur. Yəni sən 7-10 il arası fəaliyyət göstərdikdən sonra Vergilər İdarəsi fəaliyyətinlə maraqlanır və sənə lazimi məsləhətlər verir.
Bu gec də ola biler. Bele yoxlamaları hamı normal qarşılayır. Burada işləyən adamın ilk novbədə hesabdarı (steuerberater) olmalıdır. Eyni zamanda hər günün sonunda kassadan çıxarış edirsən. Dükana girən və satılan bütün malların qaimələrini toplayıb hesabdarına verməlisən. 
Almaniyada mütləq hər bir insanın bank hesabı olmalıdır. Eyni zamanda hər ayın sonunda bankdan çıxarış təqdim etməlisən. 
Çıxarışda göstərilməlidir ki, sənin bank hesabına nə qədər pul daxil olub. Pul haradan daxil olub və nə qədər pul çıxıb, hara çıxıb. Bütün bunları hesabdarına verməlisən. Hesabdar da bütün bu sənədlərə baxıb, sənin ayda nə qədər qazancın, nə qədər xərcin olduğunu hesablayır.
Şəhərdə kiçik bir dükan açmışam və ailəlikcə hamımız bu dükanda çalışırıq. Almaniyada kiçik sahibkarlıqla məşğul olmaq elə də çətin deyil. Bacarığı və istəyi olan hər kəs bu işi görə bilər.

Diaspora komitəsinin məqsədi azərbaycanlıları bir yerə yığmaq deyil, dağıtmaq olub.


-Almaniyada ticarətlə məşğul olmaq üçün nələr tələb olunur?
-Vergidən yayınmaq burada böyük günah sayılır və çox böyük cəzası var. Kiçik sahibkarlıqla hər kəs məşğul ola bilər. Əmin olanda ki, sən sahibkarlıqla məşğul ola bilərsən (Bunu səndən tələb olunan, bayaq yuxarıda sadaladığım sənədlər əsasında bilirlər) dövlət də sənə yardım edir.
Mənə ilk dəfə dövlət tərəfindən 12.000 avro pul yardım edildi. Bu pulu mənə verdilər ki, dükanı saxlaya bilim. 3 ildən sonra bu 12.000 avronun 6000 aurosunu faizsiz olarag az-az geri qaytardım. 6 000 avronu isə mənə hədiyyə etdilər.
Ondan bəri mən də hər ay qazancımdan dövlətə vergi ödəyirəm. Almaniyada vergi sistemi çox gözəl şəkildə tənzimlənib və hər kəs də bu sistemdən razıdır. Mən isə ancaq özümə aid olan hissəsini bilirəm. Almaniyada hamı yaxşı bilir ki, vergidən yığılan pullar kiminsə cibinə deyil, dövlətin büdcəsinə daxil olur. 
Əgər 4 nəfərlik ailənin illik gəliri 17.500 avronu keçərsə, həmin məbləğdən gəlir vergisi ödəməlisən. 
Mənim dükanımın aylıq gəliri məsələn, 3000 avrodursa, mən də 4000 avro qazanmışamsa, bu 4000 avronun 19 faizini əlavə dəyər vergisi kimi ödəməliyəm. 
Ola bilər ki, 3000 avro qədər xərc çəkib, 2000 avro qazanmışam, o zaman itirdiyim 1000 avronun 19 faizini Vergilər İdarəsi mənə qaytarır. Dükanda satılan malları isə topdan satış mərkəzindən alırıq. Bütün malların üzərində satılma müddəti var. Vaxtı keçmiş malları satmaq qəti qadağandır. Müştəri vaxtı keçən malı satışda görən kimi satıcıdan şikayət edir. 
Məşhur şirniyyat məhsulları “snickers”, “baunty”, “mars”, “twix”, “wundebar”, “Lion” və s, malların müddəti keçəndə biz həmin malları zibilliyə atmırıq, sadəcə onları satışdan götürürük. 
Hər iki aydan bir bu malların istehlakçılardan kimsə dükana gəlir və müddəti keçmiş mal varsa onları götürüb, yenisini gətirirlər. Yəni bu prosesdə satıcı və ya dükan sahibi heç nə itirmir.
Onu da qeyd edim ki, Almaniyada 18 yaşından aşağı olanlara nə siqaret, nə də spirtli içki satılmır.

Diaspora komitəsinin məqsədi azərbaycanlıları bir yerə yığmaq deyil, dağıtmaq olub.


-Almaniyada dükan sahibi olmaq sizə hansı imkanlar yaratdı. Yəni dükan sahibi olmaq sizi Almaniyada yaşayan digər soydaşlarımızdan fərqləndirdimi? 
-Bizim dükanımız şəhərin mərkəzində olduğu üçün bütün dünyadan müştərilərimiz olur. Mainzin bələdiyyə sədri tez -tez bizim dükana gəlir. Amma cangüdəni filanı olmur. Burada polis rəisi də sadə vətəndaş kimi işə velosipedlə gedib gəlir. Mənim mağazama Almaniyada yaşayan bütün azərbaycanlıların məlumat mərkəzi də demək olar.
İki ay öncə mənim dükanıma Hamburgdan (Hamburg - Mainz məsafə 615km) iki alman ər –arvad gəlmişdi. Bunlar dükanımızı diqqətlə seyr edir, istədiklərini alırdılar. Dükanda bir-birlərinin şəkillərini də çəkdilər. Gedəndə mənə dedilər ki, alman yazarı Peter Jackobun “Schotten dicht” kitabini oxuyublar. Bu kitabin 18 səhifəsində mənim dükanımdan bəhs olunub. Belə ki, əsərin qəhrəmanı polis komissarı buradan keçəndə bu dükana giribmiş. Yazar polislə mənim görünüşümü də təsvir edib. Bu səhnə və dükanımın təsviri alman cütlüyün çox xoşuna gəldiyindən onlar Mainzə gəlib həmin dükanı tapmağı düşünüblər. Onlar sevinclə “İndi biz bu dükandayıq, kitabda yazılanlar gerçək imiş” deyirdilər. 
Mən çox sevindim. Çünki Almaniya boyda ölkədə hansısa yazarın mənim dükanım haqqında öz kitabında yazacağını ağlıma gətirməzdim. 
Onu da deyim ki, Azərbaycanı təbliğ etmək üçün 60 min xüsusi selafon torbalar hazırlatdırmışam. 

Diaspora komitəsinin məqsədi azərbaycanlıları bir yerə yığmaq deyil, dağıtmaq olub.


-Almaniya bu günki inkişaf mərhələsinə necə çatıb? Axı İkinci Dünya Müharibəsində Almaniya, xüsusilə, Mainz şəhəri tamamilə dağıdılmışdı. 
- Biz bu ölkəyə inkişafının ən yüksək mərhələsində gəlmişik. Müharibənin vurdugu yaralar tarixə gömülüb. 
Almanlar isə heç nəyi tamamilə söküb atmırlar. Tez-tez yaşlı almanlarla söhbətlərimiz olur. 1945-ci ildən sonra çox acınacaqlı həyat yaşayıblar. Həm siyasi, həm də iqtisadi baxımdan tamamilə dağılmış bir ölkə olub. Amma ağıllı, savadli adamları önə verməklə bu ağır durumdan çox tezliklə xilas olmağı bacarıblar.
Almanlar öz dövlətlərini çox sevirlər. Özü də bu sevgi bizdəki kimi sözdə deyil, əməldə, işdə özünü göstərir. Almanlar öz var-dövlətlərini övladlarına deyil, dövlətə bağışlayırlar.
Alman xalqı sözün bütün mənalarında azaddır. Azad olduğuna görə də daha yaxşı inkişaf edə bilirlər.
Bu ölkədə hamı firavan yaşayır. 
Eyni zamanda almanalara müharibədən sonra ordu saxlamağı qadağan ediblər. Almanlar da çox ağıllı addım ataraq bütün güclərini iqtisadiyyata yönəldərək tez bir zamanda ayağa qalxmağı bacardılar.

Diaspora komitəsinin məqsədi azərbaycanlıları bir yerə yığmaq deyil, dağıtmaq olub.


-Azərbaycanın Almaniya kimi inkişaf edəcəyi günə inanırsızmı? Bunun üçün biz nə etməliyik?
- Bəli. Azərbaycan da Almaniya kimi inkişaf edə bilər. Unutmayaq ki, Azərbaycanda 1918-ci ildə Demokratik Cumhuriyyət qurulub və o ildən də qadınlara səs vermək hüququ verilib. Almaniyada isə bizdən düz bir il sonra 1919-cu ildə qadınların səsvermə hüququ tanınıb.
Çox yaxşı haldır ki, Almaniyada yaşayan hər bir azərbaycanlı ailəsi övladlarının ali təhsil almalarına çalışırlar. Artıq Almaniyanın siyasi və iqtisadi həyatında azərbaycanlılara da rast gəlmək olur.
Bir 10 ildən sonra biz Almaniyada yüksək post tutan azərbaycanlılara da fəxrlə baxacağıq. 
Azərbaycanın da Almaniya kimi inkişaf etməsi üçün ilk növbədə azad seçki olmalıdır ki, xalq savadlı, bacarıqlı adamları tanıya bilsin.

Diaspora komitəsinin məqsədi azərbaycanlıları bir yerə yığmaq deyil, dağıtmaq olub.


Almaniyadakı azərbaycanlılar təşkilatlana bilirmi? diasporumuz bu ölkədə fəaliyyəti necədir?
-Çox təəssüf ki, Almaniyada azərbaycanlılar yetərincə təşkilatlana bilmirlər. Diaspora komitəsinin məqsədi azərbaycanlıları bir yerə yığmaq deyil, dağıtmaq olub. Son iki ildə Azərbaycan Diaspora Komitəsinin Avropadakı fəaliyyəti sıfıra bərabərdir. 
İndi çoxları elə bilir ki, komitə ləğv edilib. Amma nədənsə çəkiliblər qırağa. Bu gün Almaniyada gənclərimizin fəallığı his edilir. 
- Almaniyadan baxanda Azərbaycan necə görünür
-Almaniyadan baxanda düşünürük ki, bizim vətənimiz var və bizə çox doğmadır. Amma bəzən almanlara qibtə edirik. Çox istəyirik ki, bizim xalqımız da almanlar kimi xoşbəxt yaşasın.

Diaspora komitəsinin məqsədi azərbaycanlıları bir yerə yığmaq deyil, dağıtmaq olub.








Fikirlər