09.02.2014. - “Kurtlar vadisi”nin “baron”unu Ərdoğan necə məhv etdi?

09.02.2014. -  “Kurtlar vadisi”nin “baron”unu Ərdoğan necə məhv etdi?
09.02.2014. -  “Kurtlar vadisi”nin “baron”unu Ərdoğan necə məhv etdi?












O, “Kurtlar Vadisi” serialında “baron” ləqəbli Mehmet Karahanlının həyatdakı prototipi kimi tanınır. Türkiyənin ən böyük şirkətlərindən olan “Çukurova Holding”in yaradıcısı olan bu şəxs “Yapı Kredi”, Show TV, “Axşam” qəzeti və “Digitürk” kimi əhəmiyyətli müəssisələrə rəhbərlik edib. Söhbət Mehmet Emin Karamehmetdən gedir.


Mehmet Emin Karamehmet kimdir?

Mehmet Emin Karamehmet 1 aprel 1944-cü il tarixində Mersinin Tarsus mahalında dünyaya gəlib. Əslində ilk qeydlərdə soyadı Karamehmetoğlu şəklində göstərilsə də, özü bunu daha sonraları düzəldərək Karamehmet edib. Mehmet Karamehmet ailəsinin üçüncü övladıdır. Qeyd edək ki, Karamehmetlər illər boyunca əkinçilik ilə dolanışıqlarını təmin ediblər. Türk sənayesinə. keçmişi 1880-ci ilə qədər uzanan “Çukurova Sənaye İşlətmələri” fabrikini Eliyeşil ailəsi ilə birlikdə alaraq daxil olublar. Bununla da bölgədə müsəlman olmayanlardan sonra sənayeyə addım atan ilk türk ailəsi adını qazanıblar. Yeri gəlmişkən, sonradan Çukurovada yaxından tanınan Eliyeşil ailəsi ilə onları təkcə ortaqlıq deyil, evliliklərlə reallaşan qohumluq əlaqələri də bağlamağa başlayıb.

“Çukurova Sənaye İşlətmələri” fabriki ilə başlayan uğur

Eliyeşil ailəsi ilə ortaqlıq uğurlu nəticələnir. Bunun nəticəsi kimi Türkiyənin qədim və ən böyük tekstil komplekslərindən olan “Çukurova Sənaye İşlətmələri” fabriki 1932-ci ildə modernizasiya edilir. Tam işlək vəziyyətinə gətirilən müəssisə ilk müasir fabrik kimi tanınır. Beləliklə, ailənin maliyyə durumu oğullarını yüksək yerlərdə oxutmağa imkan verir. Mehmet əvvəlcə “Robert College”də, sonra isə İngiltərədə “Dover College”də iqtisadiyyat üzrə təhsil alır. 22 yaşında, 1966-cı ildə 100 min lirə sərmayə ilə birinci şirkətini qurur. İdxal, ixrac və emal sahələrində fəaliyyət göstərmək məqəsidilə qurulan “Məmməd Əmin Karamehmetoğlu Firması” Ticarət Palatasında rəsmiləşdirilən ilk şirkəti olur. Tarsus ticarət mərkəzi olduğundan Mehmetin firması uğur əldə edir.

“Yapı Kredi” və “Pamukbank”a sahiblənir

1980-ci illərlə xarici ticarətə ağırlıq verən “Çukurova Holding”i, eləcə də Nyu York və Cenevredə ilk şirkətlərini qurur. Türkiyədə Bülent Ulusu hökumətinin dövründə aldığı kreditlər hesabına Mersin yolu üzərində “Çukurova Sənaye İşlətmələri” fabrikinin yeni bölümünü tikdirir. Polad boru istehsalından tutmuş, xidmət sektoruna qədər öz investisiyalarını artıran Karamehmet Kazım Taşkent tərəfindən qurulan “Yapı Kredi”də 51 faiz, “Pamukbank”da isə 100 faiz hissəyə sahiblənir. Qeyd edək ki, “Pamukbank” Çukurova bölgəsindəki pambıq istehsalçılarına qaynaq təmin etmək məqsədilə 1955-ci ildə Adanada yaradılmışdı. 17 milyon lirə sərmayə ilə təsis olunan bank 1973-cü ildə “Çukurova Holdinq”in tərkibinə verilir. Bankın yüksəlişi bundan sonra başlayır. 1990-cı ildə Türkiyənin ilk 5 özəl bankından birinə çevrilir. Beynəlxalq bazarlardakı kredit reytinqinin artıran “Pamukbank”ın aktivləri 2000-ci ilin sonunda 7 milyard dollar çatır.

Mehmet Emin Karamehmeti Türkiyə gündəminə gətirən ən əhəmiyyətli hadisə

Bu hadisə 1994-cü ildə reallaşır. İş adamı o dövrdə kimsənin tənəzzül etmədiyi işə - “Turkcell” GSM-ə əl atır. “Turkcell” layihəsi böhran nəticəsində müflisləşən Murad Vargı adlı bir tekstil kralının proyekti idi. Baxmayaraq ki, “Çukurova Holding” də digər şirkətlər kimi böhranın çətinliyini yaşayırdı və tərəfdaşları ona belə bir riskə getməməyi məsləhət edirdilər. Karamehmet telekomunikasıya sektoruna girişir. Ona bu məsələdə yeganə “Çukurova Qrupu”nun idarə heyətinin rəhbəri Osman Berkmen dəstək olur.
Karamehmetin nə qədər ağıllı investisiya etdiyi zamanla ortaya çıxır. Milyonları aşan abunəçi sayı ilə “Turkcell” hazırda Türkiyənin ən böyük özəl şirkətidir. Eyni zamanda hissələri Nyu York Birjasında əməliyyat görən ilk türk şirkətidir. İş adamının 3 milyard dollarlıq sərmayəsinə rəğmən “Turkcell” in bu gün dəyəri 17 milyard dollara çatıb. Şirket, abunə başına ayda 17,1 dollar gəlir əldə edir. Bir abunənin aylıq danışma nisbəti 220 dəqiqədir. “Turkcell”in aylıq gəliri isə 925 milyon TLdir (2008-ci ilə aid balanslara görə). 2011-ci ilin ikinci rübünün nəticələrinə görə, isə operatorun gəlirləri 8 faiz artaraq 2,28 milyard lirə olub.


Tekstildən mediaya

Tekstil və iş maşını emalı ilə məşğul olan “Çukurova Holding” bildirdiyimiz kimi əvvəlcə maliyyə, ardından da telekomunikasiya sektoruna investisiya edir. Əslində iş adamı “Yapı Kredi” və “Pamukbank” la əldə etdiyi maliyyə müvəffəqiyyətləri ilə yeni-yeni şirkətlər alırdı. Karamehmet mediaya doğru addım ataraq “Axşam Qrupu”nu Ilıcak ailəsindən, “Show Tv”ni isə Erol Aksoydan satın alır.

“Forbes”in reytinqində birinci

Uzun illər Karamehmetin adı “Forbes”in qiymətləndirmələrində Türkiyənin ən varlı adamı kimi 1-ci yerdə qərarlaşıb. Jurnalın 2008-ci il reytinqində onun sərvəti 4,3 milyard dollar, 2009-cu ildə 2,8 milyard dollar, 2010-cu ildə 2,9 milyard dollar, 2011-ci ildə yenidən 4 milyard dollar göstərilib. Karamehmet 2012-ci ili 2,6 milyard dollarla, 2013-cü ilin noyabrını isə 2,4 milyard dollarla başa vurub. Bundan əlavə ötən il tərtib olunan “Türkiyənin 100 ən zəngin ailəsi” siyahısında iş adamının rəhbərlik etdiyi ”Çukurova Holding”9-cu sırada qərarlaşıb.

Uğurun səbəbi

Karamehmetin uğurunun səbəbi türk mediası üçün həmişə sual olub. Belə qənaətə gəlinib ki, o çox işgüzar olmaqla bərabər işçilərinə güvənən bir insandır. Professional idarəçilərinin proyekt və qərarlarını dəstəkləyir, onlara tam səlahiyyət, məsuliyyət verir. Yanında işlətdiyi professionalları olduqca sərbəst buraxır.

15 saat işləyir

Holdinq işçiləri Karamehmetin işinə bağlı olduğunu deyirlər. Onların sözlərinə görə, iş adamı səhər 08:00-da ofisə gəlir axşam saatlarına qədər işləyir. Karamehmetin həftə sonları da işə getmək kimi “hobbisi” var. Nümayişi və lüksü sevməyən iş adamının ofisi sadədəir. Az danışan, mülayim, tez əsəbiləşməyən Karamehmet eyni zamanda yaxşı müşahidəçi və dinləyicidir. O, mediada görünməkdən xoşlanmır. Şirkətlərini zaman-zaman öz avtomobili ilə gizlicə ziyarət edir.

Karamehmet, pulu sevir?

Kiminə görə bəli. Lakin iş adamının çox xərcləməyə, lüksə dözümü yoxdur. Cəmisi 2 təyyarəsi, 3 vertolyotu və “Royce Rolls” markalı avtomobili var. Londonda “Royce Rolls”u, Türkiyədə isə “Mercedess” və “Nissan” markalı jeeplərini idarə edir. Xatırladaq ki, üç il əvvəl onun 3 təyyarəsi varmış. Ən lüks təyyarəsini Doğuş Qrupuna satdıqdan sonra 2 kiçik təyyarə ilə flotunu tamamlayıb. 2012-ci ildə isə 65 milyon dolar ödəyərək “Global 6000” təyarəsini alıb.

Şirkətləri əlindən çıxır

M.E. Karamehmetin biznesdəki “baronluğu” AKP-nin hakimiyyətə gəlişi ilə bitir. 1998-ci ildə “Çukurova Holding” həm bankları, həm sənaye sərmayələri, həm də “Turkcell”lə birlikdə çox yaxşı nöqtədə idi. Qrup, təxminən 30 milyard dollarlıq bir varlıqla diqqət çəkirdi. Hər şey “Pamukbank”dakı maliyyə çətinlikləri ilə başlayır. “Yapı Kredi”dəki hissələri “Pamukbank”a təminat olaraq verir. Nəticədə 2001-ci ilin böhranında Qənaət Haqqı Sığorta Fondu (TMSF) “Yapı Kredi”yə və “Pamukbank”a əl qoyur. TMSF 2002-ci ildə bankın satış işlərinə start verir. “Pamukbank” 2004-cü ilin ikinci yarısında “Halkbank”a təhvil verilir. “Yapı Kredi”dəki 51 faiz hissə Koç Qrupuna satılır.
Karamehmet “Turkcell”in də hissələrini satmaq məcburiyyətində qalır. 2005-ci ilin mart ayında “TeliaSonera” hissələrin böyük qismini satın alır. O zamandan bəri bu iki şirkət razılığa gələ bilmirlər.


İş adamının itkiləri bununla bitmir. O, 2013-cü ildə də bir çox şirkətlərini satmaq məcburiyyətində qalır. “Günəş”i Sancaq Qrupuna satır. Cavit Çağlar və “İnterbank” ilə əlaqədar kredit əlaqələrindən qaynaqlanan 440 milyon dollar borcdan qalan 75 milyon dollar borcu ödəmədiyi üçün isə TMSF “Skyturk360”, “Liqa TV “, “Show TV”, “İZ TV”, “Digitürk”, “Aləm FM”, “Liqa Radio”, “Axşam” qəzeti”, “Günəş” qəzeti, və BMC şirkətini müsadirə edir. Bəzi iddialara görə, Karamehmetin əlindən media sektorunun alınması AKP-nin medianı ələ keçirmək siyasətinin tərkib hissəsi olur. Belə ki, iş adamına məxsusu KİV-lərdə müxalif fikirlər, verlişlər yer alırmış. Hazırda “Çukurova Holding”ə kimya, KİV, telekomunikasiya, sənaye, inşaat texnikası, polad boru, inşaat, ticarət, xidmət, maliyyə xidmətləri, enerji sahələrində fəaliyyət göstərən 150-yə yaxın qurum daxildir.

Mafiyoz?

Karamehmetin “Kurtlar Vadisi” serialında mafiyanın baronu kimi göstərilməsi boşuna deyil. Onun adı dəfələrlə sui-istifadədə, mafiya ilə əlaqələrdə, qaçaqmalçılıqda çəkilib. Hətta iş adamının qaçaqmalçılığa görə, 1982-ci ilə həbs olunmamaq üçün 2.5 il qaçaq həyatı yaşadığı irəli sürülür. Buna baxmayaraq, 1984-cü ilin aprel ayında Türkiyəyə qayıtdığı zaman həbs olunaraq Sağmalcılar Həbsxanasında saxlanılır. Bu arada həmin ərəfədə onun hökümətdəki əlaqələrindən istifadə etməyə çalışdığı deyilir. Lakin o dövrdə baş nazir olan Turqut Özaldan ümid etdiyi köməyi görmür. Haqqında qiyabi həbs qərarı çıxarılan iş adamı həbsə atılır. Karamehmetin dosyası qaçaqçılıq cəzalarını azaldan və ya qaldıran qanuni tənzimləmə sayəsində bağlanır.

Karamehmet qaçaqçı kimi

İş adamının sahibi olduğu “Çukurova İdxalat və İxracat” AŞ 80-ci illərdə Caterpillar iş maşınlarının Türkiyə üzrə nümayəndəsi idi. 1982-ci ildə İstanbul Beşinci Kriminal Məhkəməsində qaldırılan 6 min səhifəlik iddianaməyə əsasən Karamehmet və şirkət idarəçilərinə 5 -10 il arasında həbs cəzası istənilirdi. Onun xəzinəyə zərəri isə o tarixdəki pulla 15 milyard lirə təşkil edirdi. Hansı ki, bu da Əmək Nazirliyinin büdcəsinin 2.5 qatına bərabər rəqəm sayılırdı.

Leyla Əliyeva


09.02.2014. -  “Kurtlar vadisi”nin “baron”unu Ərdoğan necə məhv etdi?
09.02.2014. -  “Kurtlar vadisi”nin “baron”unu Ərdoğan necə məhv etdi?
09.02.2014. -  “Kurtlar vadisi”nin “baron”unu Ərdoğan necə məhv etdi?
09.02.2014. -  “Kurtlar vadisi”nin “baron”unu Ərdoğan necə məhv etdi?






Fikirlər