AKP-yə bağlı “Sabah” qəzeti və ATV satıldı

Türkiyə 17 dekabr həbslərinin şokundan ayılmamış ölkənin media sferasında sürpriz sövdələşmə açıqlanıb.
AKP-yə bağlı “Sabah” qəzeti və ATV satıldı
Azertaym.az saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, baş nazir Ərdoğanın kürəkəninin nəzarətində olan “Sabah” qəzeti və ATV telekanalının “Kalyon İnşaat”a satıldığı açıqlanıb. Məsələ ilə bağlı ölkənin antiinhisar qurumunun rəsmi qərarı yayılıb.

“Sabah” qəzeti və ATV telekanalının satıldığı haqda neçə vaxtdır xəbərlər yayılırdı. “Sabah” qəzeti və ATV telekanalı əvvəllər məşhur maqnat Aydın Doğanın “Doğan Media” qrupuna məxsus olub. 2007-ci ildə hökumət Aydın Doğana qarşı tətbiq edilmiş böyük maliyyə sanksiyasından sonra bu KİV-ləri dövlətin xeyrinə müsadirə edərək idarəçiliyini TMSF-ə verib.

2008-ci ildə “Sabah” və ATV 1,1 milyard dollara “Çalık Qrupu”na satılıb. “Çalık Qrupu”nun idarə heyətində baş nazirin kürəkəni yer alır. Qrupun sahibi Ahmet Çalık qəzeti və telekanalı almaq üçün krediti dövlət təminatı ilə əldə etmişdi.

Qəzetin və telekanalın yeni sahibi olan “Kalyon İnşaat”ın arxasında kimin dayandığı məlum deyil. Sövdələşmədə adı keçən “Zirve Holdinq” bu holdinqə bağlıdır və bu ilin avqustunda qeydiyyata alınıb. “Kalyon İnşaat” özü isə 1974-cü ildə yaranmış şirkətdir və çoxsaylı yol-nəqliyyat infrastrukturu layihələrini həyata keçirib.






Fikirlər