MN: AZƏRBAYCAN TORPAQLARInın hər qarışı ERMƏNİ əsgərlərinin QANI TÖKÜLMƏKLƏ AZAD OLUNACAQ!!!

 

“Seyran Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq”.
Bunu Musavat.com-un sorğusuna cavab olaraq, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın münaqişənin həlli ilə bağlı Azərbaycana güzəştə getməmək mülahizələrinə münasibət bildirərkən Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Nazirlik bəyan edib ki, münaqişənin sülh yolu ilə yeganə həlli isə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən birdəfəlik və qeyd-şərtsiz çıxarılmasındadır: “Əks təqdirdə, Azərbaycan xalqının təkidi, Ali Baş Komandanın əmri və Ordumuzun qüdrəti ilə işğal olunmuş torpaqlarımız düşməndən azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaq”.






Fikirlər