Prezident İLHAM ƏLİYEV: 'Türkiyə-Azərbaycan birliyi nəinki regionda, dünya miqyasında bir amildir'

Prezident İlham Əliyev: 'Türkiyə-Azərbaycan birliyi nəinki regionda, dünya miqyasında bir amildir'

Azərbaycan prezidenti İlham Əliyevə məxsus twitter hesabından (@azpresident) Türkiyə-Azərbaycan əlaqələri və Almaniya Parlamenti tərəfindən qondarma “erməni soyqırımı”qətnaməsinin qəbul edilməsinə dair qısa mesajlar paylaşılıb.

 
Dövlət başçısı bildirib ki, Türkiyə-Azərbaycan əlaqələri bu gün ən yüksək zirvədədir: “Türkiyə-Azərbaycan birliyi nəinki regionda, dünya miqyasında bir amildir”.
Prezident İ.Əliyev Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycanın yanında olduğunu da vurğulayıb.
 
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra olunmaması ikili standartlar və böyük ədalətsizlikdir” deyə prezident sözlərinə əlavə edib.
 
Ölkə başçısı: “Azərbaycan Almaniya Parlamenti tərəfindən qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilmiş ədalətsiz, qərəzli və tarixi təhrif edən qətnaməni pisləyir və qınayır” deyə qeyd edib.Sonda prezident İ.Əliyev bildirib ki, Azərbaycanla Türkiyənin birgə icra etdiyi layihələr həm ölkələri gücləndirir, həm də bölgənin daha da etibarlı və əməkdaşlığa hazır olmasını təsdiqləyir.
 
 .  .






Fikirlər