Növbədənkənar seçkilərdə seçilən Milli Məclisin səlahiyyət müddəti 5 İLDƏN AZ ola bilər

milli-meclis1

“Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər.

 Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir”.

APA-nın xəbərinə görə, Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclasında Referendum Aktı layihəsində təklif edilən 981-ci maddəyə yuxarıdakı məzmunda II hissənin əlavə olunması məqsədəuyğun sayılıb.
Qeyd edək ki, bu gün “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclası keçirilib. Xüsusi iclasda Konstitusiya Məhkəməsinin Plenumu Referendum Aktı layihəsinə rəy verib.






Fikirlər