PREZİDENTİN SƏLAHİYYƏT MÜDDƏTİ ARTIRILIR – Konstitusiyaya dəyişiklik
Azərbaycanda prezidentin səlahiyyət müddətinin artırılması nəzərdə tutulur Bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamda qeyd edilib. Sənədə əsasən, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilir və aşağıdakı məzmunda ikinci cümlə əlavə olunur
“Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər”.
Eyni zamanda, 100-cü maddədən “Yaşı otuz beşdən aşağı olmayan sözləri çıxarılması təklif olunur.