Prezident İlham Əliyev Bakı və Şəki Apellyasiya Məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Moderator.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. İman Məmməd oğlu Nağıyev Bakı Apellyasiya Məhkəməsinin sədri təyin edilsin. 2. Mübariz Dosməmməd oğlu Əkbərov Şəki Apellyasiya Məhkəməsinin sədri təyin edilsin".
***
İlham Əliyev V.Ə.Abdullayevin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Vəli Əsgər oğlu Abdullayev Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri təyin edilsin".
***
İlham Əliyev “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda bildirilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli 1253-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 3, maddə 161; 2011, № 6, maddə 509; 2013, № 9, maddə 1047; 2014, № 9, maddə 1046) 3.5-1-ci bəndinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa” sözlərindən sonra “və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə” sözləri əlavə edilsin".
***
Prezident İlham Əliyev daha iki fərman imzalayıb: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1056-IVQD nömrəli Qanununun tətbiqi və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 21 noyabr tarixli 366 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə; “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında